Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-751/2024 28.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ HakimƏliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, «W AND E Forwad LTD» şirkəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 491.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Xaçmaz Rayon Məhkəməsinə baxılması üçün «W AND E Forwad LTD» şirkəti İXMnin 491.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 00100-01365/24 saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il 10:22 radələrində “Samur” gömrük postundan keçərək Bakı Baş Gömrük İdarəsinin “İpək yolu” gömrük postuna təyinat alan dövlət qeydiyyat nişanı ** ZK *** olan qoşqunun ** JM *** nömrəli “Daf XF” markalı dartıcısının “İpək yolu” gömrük postunda xx.xx.2024-cü il 22:53 radələrində çatması təsdiq olunan zaman ** JH *** qeydiyyat nişanlı dartıcı ilə dəyişdirildiyi müəyyən olunmuşdur. Sözügedən məsələ ilə əlaqədar nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ərazi gömrük orqanları məlumatlandırılmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs və protokolu tərtib edən İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri araşdırarq hesab edir ki, «W AND E Forwad LTD» şirkəti barəsində tərtib olunmuş protokolu əsaslı hesab edir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -11 iyun 2024-cü il tarixli qərardaddan müəyyən edilir ki, «W AND E Forwad LTD» şirkəti barəsində Azərbaycan Respublikası İXM-nin 491.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. -Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, gömrük xidməti mayoru X3 tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olan «W AND E Forwad LTD» şirkəti (VÖEN: **********) barəsində xx.xx.2024-cü il tarixli, 00100-01365/24 nömrəli protokol təribedilmişdir. -Gömrük bəyannaməsindən müəyyən edilir ki, **********1301 saylı gömrük bəyannaməsi əsasında ölkəyə idxal edilən yüklər barədə gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. -Raportdan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə icraat başa çatdırılmışdır. -Akt-dan müəyyən edilir ki, “Samur” gömrük postundan “İpək yolu” gömrük postuna təyinat alan “DAF XF” markalı, 77JM337 döbvlət nömrə nişanlı yük nəqliyat vasitəsi xx.xx.2024-cü il 22:53 radələrində” İpək yolu” gömrük postuna daxil olmuşdur. Nəqliyyat vasitəsinin dartıcı hissəsinin “DAF” markalı 77JH426 dövlət nömrə nişanlı dartıcı ilə dəyişdirilməsi faktı aşkar olunmuşdur. -“W AND E ForwardLTD” şirkətində sürücü işləyən 77JM337/99ZK617 nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü X1 izahatı bildirmişdir ki, İdarə etdiyim 77JM337 dövlət nömrə nişanlı “DAF XF” markalı dartıcı Rusiya Federasiyası gömrüyü ərazisində xarab olmuşdur. Həmin zaman sürücü işlədiyim "xxxx" MMC-də çilingər işləyən Rafiq adlı şəxsə zəng edərək məlumat verdim. Rafiq maşını birtəhər buksir vasitəsi ilə Azərbaycana keçirməyimi deyərək başqa dartıcı vasitə ilə “Samur” gömrük postuna köməyə gələcəyini bildirdi. Belə olan halda başqa bir yük maşınının köməyi ilə, tros vasitəsi ilə buksir edərək yük maşınını ölkə ərazisinə salmışam. Azərbaycan Respublikasına daxil olan kimi "xxxx" MMC-də Dispetçer (tənzimləyici) kimi tanıdığım Zəminə adlı xanıma zən eləyərək idarə etdiyim yük maşınının dartıcısının xarab olduğunu və dartıcının dəyişdirilməli olduğunu bildirdim. Zəminə xanım dartıcını dəyişdirməkdə hər hansı problem olmadığını və mənə yük sahibi kimi təqdim etdiyi Şahin adlı şəxsə məlumat verməyimi bildirdi. Mən də yük sahibi kimi tanıdığım Şahin adlı şəxsə dartıcınınsürətlər qutusunun xarab olduğunu bildirdim. Şahin isə problem olmadığını deyərək dartıcını dəyişməyimi söylədi. Bundan sonra xarab olan 77JM337 nömrəli dartıcını "xxxx" MMC-də çilingər işləyən Rafiq adlı şəxsin idarə edərək gətirdiyi yeni 77JH426 dövlət nömrə nişanlı “DAF XF” markalı dartıcı ilə dəyişdirmişəm. Dartıcının dəyişdirilməsi barədə daşıma şirkətində səlahiyyətli şəxs kimi tanıdığım Zəminə xanıma və malın sahibi kimi tanıdığım Şahin müəllimə məlumat vermişəm. Bundan sonra gömrük orqanına məlumat verilməli olduğunu bilməmişəm. -«W AND E ForwadLTD» şirkətinin səlahiyyətli nümayəndəsi əmək müqaviləsi üzrə menecer vəzifəsində işləyən Azərbaycan Respublikasının vətəndaşı XanbalayevOrxan Zahid oğlunun izahatında bildirmişdir ki, «W AND E Forwadltd» şirkətinin direktoru şirkətin mənafeyi naminə malın Bakıya tez çatması üçün dartıcının dəyişdirilməsi qərarı verilmişdir. Gömrük qaydalarının pozulduğunu şirkət olaraq etiraf edirik və qanunvericilikdə nəzərdə tutulmuş cəriməni ödəməyə hazır olduğunu bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, xx.xx.2024-cü il 10:22 radələrində “Samur” gömrük postundan keçərək Bakı Baş Gömrük İdarəsinin “İpək yolu” gömrük postuna təyinat alan dövlət qeydiyyat nişanı ** ZK *** olan qoşqunun ** JM *** nömrəli “Daf XF” markalı dartıcısının “İpək yolu” gömrük postunda xx.xx.2024-cü il 22:53 radələrində çatması təsdiq olunan zaman ** JH *** qeydiyyat nişanlı dartıcı ilə dəyişdirildiyi müəyyən olunmuşdur. Sözügedən məsələ ilə əlaqədar nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ərazi gömrük orqanları məlumatlandırılmamışdır.Bununla da «W AND E Forwad LTD» şirkətinin Azərbaycan Respublikası İXM-in 491.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” «W AND E Forwad LTD» şirkətinin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törədən şəxs «W AND E Forwad LTD» şirkəti barəsində Azərbaycan Respublikası İXM-nin 491.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin aşağı həddinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-50, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: «W AND E Forwad LTD» şirkəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-751/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-751/2024
28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver