Məhkəmə qərarları › İş №3(067)-752/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-752/2022

04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-752/2022 04.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Qərardan şikayət vermiş şəxs X3 iştirakları ilə, X3 inzibati tənbeh edilməsinə dair Xaçmaz rayon Polis Şöbəsinin 24 sentyabr 2020ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: X5 şikayətlə məhkəməyə müraciət edərək, Xaçmaz rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı X2 tərəfindən onun barəsində qəbul edilmiş 24 sentyabr 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qərardan şikayət vermiş şəxs X5 şikayət ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Natiq Şəfiyev tərəfindən onun yaşadığı ünvana göndərilmiş 11 fevral 2022-ci il tarixli qərarı almışdır. Qərarla tanış olduğu ona məlum olmuşdur ki, o, 100 manat cərimə olunmuş və həmin cərimə ondan tutularaq dövlət nəfinə ödənilməlidir. Həmin cəriməni kim tərəfindən və hansı səbəbdən edilməsini öyrənmək üçün icra məmuru Natiq Şəfiyevin yanına geytdiyi zaman ona müəyyən olmuşdur ki, o, karantin zamanı Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Qafqaz Elektroniks” mağazasında satıcı kimi işləyərkən Gigiyena və Epidemologiya Mərkəzinin həkim tərəfindən müəyyən edilmiş tibbi maskadan istifadə qaydalarına riayət etmişdir. Protokolda qeyd olunan tarixdə o, heç bir yerə imza etməmişdir. Həmçinin o, protokola həmin vaxtda, həmin mağazanın içində tibbi maskasız olduğunu təsdiq edən hər hansı bir sənədi sübut kimi əlavə edilmədiyini bildirməklə barəsində tərtib edilmiş həmin protokolun əsassız olduğunu bildirərək qərarın ləğv edilməsi barədə qərar qəvul edilməsini məhkəmədən xahiş etmişdir. Qərardan şikayət vermiş şəxs X5 eyni məzmunda izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Xaçmaz rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsinin məhkəmə baxışında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq inzibati xəta protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan 24 sentyabr 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 22 sentyabr 2020-ci il tarixdə tibbi maskadan istifadə qaydalarına əməl etmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta qərar qəbul olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin 24 sentyabr 2020-ci il tarixli, MN ******* saylı qərarından görünür ki, X5 22 sentyabr 2020-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokola əsasən, epidemiya əleyhinə rejimin sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırılması zamanı X5 tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması öz təsdiqini tapmamışdır. Həmçinin Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 171 № li Qərarına dair izahın ikinci bəndində əsasən 2022-ci il mayın 1dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cü maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Eyni Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (biz yüz) manat məbləğində cərimə olunmasına dair Xaçmaz rayon Polis Şöbəsinin 24 sentyabr 2020-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİM: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə olunmasına dair Xaçmaz rayon Polis Şöbəsinin 24 sentyabr 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar