Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-758/2023 23.06.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu Qobuqırağı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati materialdan görünür ki, 16 iyun 2022-ci il tarixdə saat 16.15-də Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonu Çarxı kəndi ərazisindən keçən 16-cı kilometrində sürücü Rustam Rasilovun idarə etdiyi «VAZ 21074» markalı, **- BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə sürücü Şəxs idarə etdiyi «Hyundai İ30» markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun Yalama istiqamətindəki hərəkət hissəsinin üzərində toqquşmuş, nəticədə «Hyundai İ 30» markalı. **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin X1 bədən xəsarəti almışdır. Məhkəmə iclasında Şəxsizahatında göstərmişdir ki, 16 iyun 2022-ci il tarixdə saat 16.15-də Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonu Çarxı kəndi ərazisindən keçən 16-cı kilometrində sürücü Rustam Rasilovun idarə etdiyi «VAZ 21074» markalı, **- BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə sürücü Şəxs idarə etdiyi «Hyundai İ30» markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun Yalama istiqamətindəki hərəkət hissəsinin üzərində toqquşmuş, nəticədə «Hyundai İ 30» markalı. **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin X1 bədən xəsarəti almışdır. Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2-ci və 114.2.1-ci maddələrinə görə, inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə görə, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsini rəhbər tutaraq, qəraraaldım: xx.xx.1990-cı ildə anadan olmuş Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə başlanmış İXP ******* saylı inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.8-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Sumqayıt apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(067)-758/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-758/2023
23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver