Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-759/2024 25.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızı, X1 AQTH-nin Quba-Xaçmaz RB-i ona yazılmış 500 manat cərimənin silinməsinə dair şikayətin baxılmağa hazırlanmasına dair məhkəmə iclasından kənar prosessual qaydada baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X1 şikayət ərizəsi 25 iyun 2024-cü il tarixində Xaçmaz Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə verilən şikayətə baxmağa hazırlıqla bağlı müəyyən etmişdir ki, həmin şikayətdə şikayət verən şəxsin şikayət ərizəsi düzgün tərtib edilməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək hüququna barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Məhkəmə hesab edir ki, X1 şikayətini icraata götürərək baxmaq hazırda mümkün deyildir. Belə ki, şikayət verən şəxsin tərtib etdiyi və məhkəməyə ünvanlandığı şikayət ərizəsi “iddia ərizəsi” formasında tərtib edilmişdir. Qeyd olunan işə iddia icraatı qaydasında baxılması yolverilməzdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Bununla yanaşı şikayətçiyə izah olunsun ki, qeyd olunan nöqsan aradan qaldırılandan sonra yenidən məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X3 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılsın. X2 izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırmaqla yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(067)-759/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-759/2024
25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver