Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-760/2020 31.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs xx xxxx 2020-ci il tarixdə «HYUNDAİ İX 35» markalı, ** FT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 329.1-ci maddələri ilə məsuliyyət nəzərdə tutulan xx xxxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən onun 40 manat miqdarında cərimə olunması barədə qərar çıxarılmışdır. Lakin Şəxs barəsində çıxarılmış qərala tanış olaraq qərarın, protokolun surətini və cərimə bildirişini rəsmi qaydada alınmasına baxmayaraq barəsində qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməməklə qərarı icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında xx xxxx 2020-ci il tarixdə, İXP seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir və o, həmin maddə üzrə təqsirli bilinməlidir. Belə ki, inzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Baş Dövlət X3 Mərkəzi məlumat bazasından çıxarışdan müəyyən olunur ki, Şəxs xx xxxx 2020-ci il tarixdə «HYUNDAİ İX 35» markalı, ** FT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 329.1-ci maddələri ilə məsuliyyət nəzərdə tutulan İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən onun 40 manat miqdarında cərimə olunması barədə qərar çıxarılmışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş bildirişdən və poçt xəbərnaməsindən görünür ki, inzibati xəta törətmiş şəxs Şəxs Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin İnzibati təcrübə üzrə baş inspektor polis baş leytenanatı X2 tərəfindən rəsmi bildiriş göndərilməklə ona barəsində tərtib edilmiş İXP ******* saylı protokol üzrə təyin edilmiş cəriməni müəyyən olunmuş müddət ərzində bank vasitəsilə ödəməsi barədə bildirilmiş, cəriməni göstərilən müddətdə ödəmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib edilərək materialın müvafiq tədbir görülməsi üçün məhkəməyə göndəriləcəyi barədə ona xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş mərkəzi informasiya sistemindən götürülmüş çıxarışdan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1 və 329.1-ci maddələri ilə təqsirli bilinərək ona təyin olunmuş 40 manat məbləğində cəriməni və ona əsasən hesablanmış 24 manat dəbbə pulunu ödəməmişdir. İş materiallarında olan xx xxxx 2020-c il tarixdə, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən xx xxxx 2020-ci il tarixli, İXP seriyalı ******* saylı qərar qanuni qüvvəyə mindiyi gündən 03 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə onun barəsində qeyd olunan inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini və digər halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №3(067)-760/2020
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-760/2020
31.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver