Məhkəmə qərarları › İş №3(067)-761/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-761/2024

27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-761/2024 27.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızı, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə tənbeh edilməsinə dair TP ******* nömrəli 05 aprel 2024-cü il tarixli qərarından vermiş olduğu şikayətin baxılmağa hazırlanmasına dair məhkəmə iclasından kənar prosessual qaydada baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X2 şikayət ərizəsi 27 iyun 2024-cü il tarixində Xaçmaz Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə verilən şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərkən müəyyən etdi ki, X4 məhkəməyə şikayət ərizəsini ünvanlasa da, barəsində şikayət verdiyi və mübahisələndirdiyi TP ******* nömrəli, 05 aprel 2024-cü il tarixli qərarı şikayət ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası İXM-nin 132.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Məhkəmə hesab edir ki, mübahisələndirilən qərarın surəti yoxdur, belə bir qərarın mövcudluğu məlum deyildir, belə halda həmin qərarın qanuniliyinin yoxlanması da qeyrimümkündür. Bunlar inzibati xəta haqqında qərardan verilən şikayət üzrə icraatı rədd edən hallardandır. Odur ki, X2 şikayəti icraata qəbul edilə bilməz. X1 izah edilməlidir ki, nöqsanları aradan qaldıraraq, şikayətlə məhkəməyə müraciət edə bilər. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə qəraraaldı: X4 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılsın. X3 izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırmaqla yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar