Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-761/2025 15.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, İclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası ƏƏSMN yanında X2 Xidməti Quba-Xaçmaz regional şöbəsinin 01 aprel 2025-ci il tarixli MN №1808164 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi X3 ərizə ilə məhkəməyə müraciət edərək ƏƏSMN yanında X2 Xidməti Quba- Xaçmaz regional şöbəsinin 01 aprel 2025-ci il tarixli MN №1808164 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməyi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112-ci maddəsinə əsaslanaraq tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN yanında X2 Xidməti Quba-Xaçmaz regional şöbəsinin 01 aprel 2025-ci il tarixli MN №1808164 saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X3 01 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və barəsində 1500 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Lakin 11 aprel 2025-ci il tarixli 178-VİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 469.2-ci maddə ləğv edilmişdir. Göründüyü kimi, X3 01 aprel 2025-ci il tarixdə dövlət orqanı tərəfindən AR İXM-nin 469.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilsə də, inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəsini alanadək, həmin maddə ləğv edilmişdir. Azərbaycan Respublikası İXM-nin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Belə olan halda, 11 aprel 2025-ci il tarixli 178-VİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu tətbiq edilərək, X3 barəsində olan 01 aprel 2025-ci il tarixli MN №1808164 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.1. inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə də, X3 barəsində tətbiq edilmiş İXM-nin norması qüvvədən düşdüyündən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 53, 134-135-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Şikayət təmin edilsin. Azərbaycan Respublikası ƏƏSMN yanında X2 Xidməti Quba-Xaçmaz regional şöbəsinin 01 aprel 2025-ci il tarixli MN №1808164 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X3 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-761/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-761/2025
15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver