Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-762/2020 19.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: xx xxx 2020-ci il tarixdə saat 19 radələrində Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşlrı tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz şəhəri 1 may küçəsi ev 40-da yaşayan Şəxs narkotik vasitələrin istifadəsində şübhəli bilinərək Xaçmaz şəhəri H.Əliyev küçəsində yerləşən “Məkan” çay evinin qarşısında saxlanılaraq Xaçmaz rayon Polis Şöbəsinə dəvət edildikdən sonra üzərinə baxış keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan büküldə narkotik vasitə olan marixuanaya oxşar ot kütləsi aşkar edilərək götürülmüşdür. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədə izahat verən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi xətanı etiraf etməklə göstərdi ki, xx xxx 2020-ci il tarixdə təxminən saat 16 radələrində o, Qudyalçayın Xaçmaz şəhəri, İzmayılovka adlanan ərazisindən keçən hissəsində balıq tutarkən yerdən bir ədəd sellofan büküm tapmış, bükümü açarkən onun içərisində narkotik maddə olan qurudulmuş marixuana olduğunu görmüşdür. Bundan sonra o, şəxsi istifadəsi üçün həmin bükümü cibinə qoyaraq özündə saxlamışdır. xx xxx 2020-ci il tarixdə təxminən saat 19 radələrində o, Xaçmaz şəhəri H.Əliyev küçəsində yerləşən “Məkan” çay evinin qarşısında olduğu zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra onu özləri ilə Xaçmaz rayon Polis Şöbəsinə dəvət etmişlər. Həmin vaxt o, etiraz etmədən Xaçmaz rayon Polis Şöbəsinə gəlmiş və şöbədə onun üzərinə baxış keçirilərkən ondan üzərində narkotik vasitə və yaxud qanunla qadağan edilmiş hər hansı bir əşya olub-olmaması soruşulmuşdur. Həmin vaxt o, könüllü olaraq əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükülüdə narkotik vasitə olan marixuananı təqdim etmişdir. Sorğu zamanı o, həmin narkotik vasitəsin öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Əməlindən səmimi peşmançılıq hissi keçirir, himayəsində 2 nəfər azyaşlı uşaqları olmaqla ailənin yeganə qazanc gətirəni olması nəzərə alınaraq barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxx 2020-ci il tarixli qərar, inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli protokol, maddi sübut və digər iş materialları ilə tamamilə sübuta yetir. Belə ki, inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxx 2020-ci il tarixli qərarda istinad olunan Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizası üzrə xx xxx 2020-ci il tarixli 7/231 nömrəli rəyin nəticə hissəsindən görünür ki, tədiqiqata təqdim olunmuş üzərində “Şəxs” yazısı və imzaları olan kağız paketdə 01 (bir) ədəd sellofan bükülüdə tütünlə qarışıq bitki mənşəli kütlənin tərkibində təmiz çəkisi 0,068 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İnzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, aparılmış təhqiqat zamanı Şəxs əməlində cinayət əməli olmadığı müəyyən edilməklə barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxx 2019-cu il tarixli qərardan müəyyən olunur ki, inzibati xəta törətmiş şəxs Şəxs torpaq sahəsindən götürlmüş kağız paketdəki 01 (bir) ədəd sellofan bükülüdə tütünlə qarışıq bitki mənşəli kütlənin tərkibində təmiz çəkisi 0,068 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana qablaşdırılıb möhürlənərək Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsininin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini, və əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində iki nəfər azyaşlı uşaqları olmaqla ailənin yeganə qazanc gətirəni olması məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsininin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları, məsuliyyətinin ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbehlərdən cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut olan Xaçmaz rayon Polis Şöbəsinin maddi sübut 01 (bir) ədəd sellofan bükülüdə tütünlə qarışıq bitki mənşəli kütlənin tərkibində təmiz çəkisi 0,068 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsininin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsininin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə maddi sübut olan Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların 01 (bir) ədəd sellofan bükülüdə tütnlə qarışıq bitki mənşəli kütlənin tərkibində təmiz çəkisi 0,068 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №3(067)-762/2020
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-762/2020
19.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver