Məhkəmə qərarları › İş №3(067)-762/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-762/2025

16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-762/2025 16.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Xaçmaz Rayon Polis Şöbəsi DYPB-nin nümayəndəsi X3, Şikayət verən şəxs X4 iştirakı ilə, X4 inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TР ******* saylı qərarın ləğv edilməsi barədə verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X6 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə barəsində tətbiq olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, ona xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi 327.2-ci maddəsinə əsasən ötmə qaydasının pozulması ilə bağlı 100 manat məbləğində cərimə tətbiq edilmişdir. Qayda pozuntusunu törətmədiyinə və sübut kimi videogörüntü təqdim olunmadığına görə qərarı əsassız hesab edir. Məhkəmə iclasında X6 izahatında bildirmişdir ki, o, qayda pozuntusu etmədən Quba Xaçmaz yolunda təzə yolda öz avtomobili ilə hərəkətdə olarkən Yol Patrul Xidmətinin əməkdaşı onu saxlayaraq əsassız cərimə etmişdir. Pozuntu ilə bağlı ona videogörüntü təqdim edilməmişdir. Məhkəmə iclasında Xaçmaz Rayon DYPB-nin nümayəndəsi – inzibati tənbeh haqqında qərarı qəbul etmiş X7 izahatında göstərmişdir ki, Quba-Xaçmaz yolunda qayda pozuntusunu törətmiş, yəni əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatını etmiş “X9” markalı 77CD292 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X1. Pozuntunun törədilməsi səbəbini soruşduqda sürücü bildirmişdir ki, önündə gedən “Kamaz” markalı avtomobilin tüstüsü onu boğduğu üçün ötmə əməliyyatını etmişdir. X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi ilə bağlı qərar qəbul edilmiş və sürücü 100 manat cərimə olunmuşdur. İnzibati xətanın törədilməsini təsdiq edən video diski təqdim etdi. Təqdim edilmiş diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Quba-Xaçmaz yolunda olan təzə yolun girişində ötmə əməliyyatı aparan sürücü X5 yol-patrul xidməti inspektoru tərəfindən saxlanılmışdır. Polis əməkdaşı qaydanın pozulması səbəbini soruşduqda sürücü önündə gedən “Kamaz” markalı avtomobilin tüstüsünün onu boğduğunu və buna görə də ötmə əməliyyatı etdiyini etiraf etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz RPŞ DYPB-nin TР ******* saylı xx.xx.2025-ci il tarixli qərarından müəyyən olunur ki, X6 Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsinin tələblərini pozduğuna görə 100 manat inzibati cərimə edilmişdir. Məhkəmə tərəfindən təqdim olunmuş videofayla baxış keçirilərkən X4 inzibati xətanı törətməsi videogörüntüdə öz təsdiqini tapmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Xaçmaz RPŞ-nin DYPB-nin inzibati tənbeh vermə haqqında TР ******* saylı xx.xx.2025-ci il tarixli qərarının əsassız olmasına dair şikayətçi tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, şikayət ərizəsində qeyd olunanlar şəxsin özünümüdafiə xarakteri daşıyır və iş materialları ilə sübuta yetirilmir. İş materiallarından müəyyən olunur ki, şikayət verən şəxs Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə, X4 şikayəti əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-nin 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : X4 Xaçmaz RPŞ-nin DYPB-nin xx.xx.2025-ci il tarixli TР ******* saylı qərarın ləğv edilməsi barədə verdiyi şikayət təmin edilməsin. Xaçmaz RPŞ DYPB-nin xx.xx.2025-ci il tarixli TР ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar