Məhkəmə qərarları › İş №3(067)-763/2020

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-763/2020

19.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-763/2020 19.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1982-ci ildə Xaçmaz rayonunun Xudat şəhərində anadanolmuş, AzərbaycanRespublikasınınvətəndaşı, evli, natamam ortatəhsilli, deməsinə görəəvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 2019-cu ilin noyabr ayının əvvəllərində Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən “Kapital Bank”dan vətəndaş X3 məxsus əmək haqqı kartından bankomat vasitəsilə 100 manat pulunu, bundan başqa xx xxx 2020-ci il tarixdə X10 ünvan 2 ünvanda yerləşən evinin həyətində olan yarımtikilidən 50 manat dəyərində olan təsərrüfat alətini və 45 manat dəyərində olan samovarı, bundan başqa xx xxx 2020-ci il tarixdə X16 Məkəzindən turistlərin gəzintisi üçün nəzərdə tutulmuş 270 manat dəyərində 28-lik velosipedi, bundan başqa xx xxx 2020-ci il tarixdə X2 Xaçmaz şəhəri, İ.Qayıbov küçəsində yerləşən evindən 1 ədəd saç fenini və 1 ədəd elektrik çaynikini, bundan başqa xx xxxx 2020-ci il tarixdə X6 Xaçmaz rayonunun Xanlıqoba kəndində yerləşən evinin həyətindən ümumilikdə 50 metr ölçülərində boruları oğurlamış, bundan başqa xx xxxx 2020-ci il tarixdə X8 işə düzəltmək adı ilə ondan 75 manat pulunu və şəxsiyyət vəsiqəsini dələduzluq yolu ilə əldə etmiş, bundan başqa xx xxxx 2020-ci il tarixdə X9 məxsus Xaçmaz şəhəri, N.Ələsgərov küçəsi, ev 7 nömrəli evindən 1 ədəd 50 manat dəyərində planşeti, bundan başqa xx xxxx 2020-ci il tarixdə X11 məxsus ünvan 3 ünvanıda yerləşən yaşayış evinin qarşısındakı ona məxsus ərzaq mağazasından 85 manat dəyərində olan müxtəlif siqaretləri, bundan başqa xx xxxx 2020-ci il tarixdə X4 Qaraçı kənd orta məktəbinin yaxınlığında yerləşən çayxanasına qıfılını sındıraraq daxil olmaqla pivə aparatının 100 manat dəyirəndə olan mühərrikini gizli yolla talamışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə izahat vermiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə bildirmişdir ki, o, həqiqətən maddi imkansızlıqdan 2019-cu ilin noyabr ayının əvvəllərində Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən “Kapital Bank”dan vətəndaş X3 məxsus əmək haqqı kartından bankomat vasitəsilə 100 manat pulunu, bundan başqa xx xxx 2020-ci il tarixdə X10 ünvan 2 ünvanda yerləşən evinin həyətində olan yarımtikilidən 50 manat dəyərində olan təsərrüfat alətini və 45 manat dəyərində olan samovarı, bundan başqa xx xxx 2020-ci il tarixdə X16 Məkəzindən turistlərin gəzintisi üçün nəzərdə tutulmuş 270 manat dəyərində 28-lik velosipedi, bundan başqa xx xxx 2020-ci il tarixdə X2 Xaçmaz şəhəri, İ.Qayıbov küçəsində yerləşən evindən 1 ədəd saç fenini və 1 ədəd elektrik çaynikini, bundan başqa xx xxxx 2020-ci il tarixdə X6 Xaçmaz rayonunun Xanlıqoba kəndində yerləşən evinin həyətindən ümumilikdə 50 metr ölçülərində boruları oğurlamış, bundan başqa xx xxxx 2020-ci il tarixdə X8 işə düzəltmək adı ilə ondan 75 manat pulunu və şəxsiyyət vəsiqəsini dələduzluq yolu ilə əldə etmiş, bundan başqa xx xxxx 2020-ci il tarixdə X9 məxsus Xaçmaz şəhəri, N.Ələsgərov küçəsi, ev 7 nömrəli evindən 1 ədəd 50 manat dəyərində planşeti, bundan başqa xx xxxx 2020-ci il tarixdə X11 məxsus ünvan 3 ünvanıda yerləşən yaşayış evinin qarşısındakı ona məxsus ərzaq mağazasından 85 manat dəyərində olan müxtəlif siqaretləri, bundan başqa xx xxxx 2020-ci il tarixdə X4 Qaraçı kənd orta məktəbinin yaxınlığında yerləşən çayxanasına qıfılını sındıraraq daxil olmaqla pivə aparatının 100 manat dəyirəndə olan mühərrikini gizli yolla talamışdır. Zərər çəkmiş şəxslərə vurduğu zərəri ödəməmişdir. Əməlindən peşmandır. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin İstintaq Bölməsinin baş müstəntiqi, polis mayoru X12 xx xxxxxx 2019-cu il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X13 xx xxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X13 xx xxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X14 xx xxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X15 xx xxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru X7 xx xxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X1 xx xxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X14 xx xxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis polkovnik-leytenantı Əli Almazovun xx xxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafı, cinayət işi başlanmasının rədd edilməsi barədə qərarlar, inzibati xəta haqqında protokollar və digər iş materialları ilə təmamilə sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini, törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcələnin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta əməlini törətməsini, törətdiyi xətanı etiraf edib səmimi peşmançılıq hissi keçirməsini, evli olmaqla ailənin yeganə qazanc gətirəni olması məsuliyyətini yüngülləşdirən hallar kimi, eləcə də məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcələsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan tənbehlərdən ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, ona 240 (iki yüz qırx) saat ictimai işlər inzibati tənbeh növü təyin edilsin. Qərarın icrası Şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar