Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-771/2025 12.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1993-cü ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Ustacəlli kəndində yaşayan. Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏNETDİ: Xaçmaz rayonu, Hacıəlibəy kəndində yaşayan Şəxs 06 may 2025-ci il tarixdə özünə məxsus “FORD TRANSİT” markalı 99 en 380 dövlət qeydiyyat nişanlı avtomobili xarici işıq cihazları nasaz halda idarə etdiyi üçün Xaçmaz rayon X8 X10 əməkdaşları tərəfindən saxlanılmış və Kamal Mustafyevin nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etməsinə kifayətə qədər əsaslar olması müəyyən olunmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı Nümayəndə göstərdi ki, 06 may 2025-ci il tarixdə Şəxs özünə məxsus “FORD TRANSİT” markalı ** EN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Xaçmaz rayonu ərazisində hərəkətdə olarkən Xaçmaz rayon X8 X10 əməkdaşları tərəfindən saxlanılaraq Xaçmaz rayon Polis Şöbəsinə gətirilmiş və sürücü narkotestrdən keçirilən zaman onun narkotikin təsiri altında avtomobili idarə etməsi müəyyən edilmişdir. Bununla bağlı müvafiq protokol tərtib edilərək barəsində tədbir görülməsi ilə bağlı məhkəməyə təqdim edilmişdir. Məhkəmədə izahat verən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi xətanı etiraf etməklə göstərdi ki, 2 ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Bundan qabaq da o, polis əməkdaşları ona saxla işarəsi verdiyi halda o, polis əməkdaşlarının saxla işarəsinə məhəl qoymadan nəqliyyat vasitəsini sürərək oradan uzaqlaşdmışdır. 06 may 2025-ci il tarixdə FORD TRANSİT markalı ** EN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təmir etdirmək məqsədi ilə Xaçmaz rayonu Qımıl-qışlaq kəndinə gedərkən, manevr qaydalarını pozulması ilə bağlı həmin ərazidə xidmətdə olan yol polis əməkdaşları tərəfindən saxlanılmış və polisin qanuni tələblərinə tabe olmadığına görə hadisə yerində dəvət edilmiş post patrul xidmətinin əməkdaşları tərəfindən rayon Polis Şöbəsinə aparılaraq narkotestr müayinsindən keçirilən zaman pisoxtrop maddə təsiri altında nəqliyyat vasitəsini idarə etməsi müəyyən edilmişdir. Artıq iki ildir ki, narkotik vasitə olan marixuanadan istifadə etdiyini, sonuncu dəfə həmin vasitədən fevral ayında qəbul etdiyini lakin hal-hazırda həmin vasitədən idarə etmədiyini bildirmişdir. Törmətmiş olduğu inzibati xəta əməlinə görə səmimi peşmançılıq hissi keçirməsini və bir daha belə hərəkətlərə yol verməyəcəyini bilidirərək barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Xaçmaz rayon X8 X10, inspektoru Şahid1 göstərdi ki, 06 may 2025-ci il tarixdə xidməti avtomaşınımız ilə xidmət apararkən qımıl kən yolunda işıqforu dönəndə sürücü manevr qaydasını pozduğuna görə yolun sağında saxladı onlar vətəndaşa yaxınlaşaraq özülərini təqdim elədik və törətdiyi inzibati xəta barədə ona məlumat vermişlər ki, nəyə əsasən onu saxlamışlar. Sürücü bir az onlar ilə anlaşılmaz şəkildə danışdığına görə onlar onu nizam-intizama dəvət etmişlər, lakin sürücü onların qanuni tələblərinə məhəl qoymayaq öz hüquqa zidd hərəkətlərini davam etdirdiyi üçün hadisə yerinə Post Patrul Xidmətinin əməkdaşları dəvət edilmişdir. Post Patrul Xidmətinin əməkdaşları hadisə yerinə gəldikdən sonra sürücü tabe tabeçilik göstərmişdir. Sürücünün əməlləri onlarda şübhə doğurduğu üçün sürücü Xaçmaz rayon Polis Şöbəsinə, daha sonra isə sürücünü tibbi müayinədən keçirilməsi məqsədi ilə Xaçmaz rayon X2 Şöbəsinə aparılmışdır. Orada testi keçəndən sonra, orda testə müəyyən olundu ki, narkotik vasitəsinin təsiri altında nəqliyyat vasitəsini idarə edib. Məhkəmə iclasında şahid qismində dindirilən Xaçmaz rayon X8 X10, inspektoru Şahid2 iş üzrə şahid qismində dindirilən Xaçmaz rayon X8 X10, inspektoru Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə işdə inzibati xəta törətmiş şəxsin izahatını, şahidlərin ifadələrini dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08 may 2025-ci il tarixli qərar, inzibati xəta haqqında 12 may 2025-ci il tarixli protokol, maddi sübut və digər iş materialları ilə tamamilə sübuta yetir. İş materiallarında olan X9 Şəxsi Ambulator X1 08 fevral 2025-ci il tarixli, 680 nömrəli rəyindən görünür ki, 08 may 2025-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsində Ambulator məcburi narkoloji tibbi yoxlama zamanı Şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan Asıllıq Sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İnzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08 may 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işi başlanması rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı (qanunsuz olaraq narkotik vasitələrin istehlakı) maddəsinin tərkibi əlamətləri olduğundan qəbul edilmiş qərarın surəti barəsində inzibati qaydada tədbir görülməsindən ötrü aidiyyəti üzrə Xaçmaz rayon X5 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08 may 2025-ci il tarixli qərardan görünür ki, aparılmış təhqiqat zamanı Şəxs əməlində cinayət əməli olmadığı müəyyən edilməklə barəsində cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlini səmimi etiraf etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsininin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. Qərarın icrası Şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №3(067)-771/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-771/2025
12.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver