Məhkəmə qərarları › İş №3(067)-773/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-773/2023

04.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-773/2023 04.07.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət X5 inzibati təcrübə üzrə üzrə baş inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1966-cı ildə Quba rayonunun Növdün kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Gülalan kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə “VAZ 11113 OKA” minik markalı, 27BF015 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan EQ 12632553 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən onun 50 manat miqdarında cərimə olunması barədə qərar çıxarılmışdır. Lakin Şəxs barəsində çıxarılmış qərarla tanış olaraq qərarın, protokolun surətini və cərimə bildirişini rəsmi qaydada almasına baxmayaraq barəsində qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməməklə qərarı icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında xx.xx.2023-cü il tarxili, İXP seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət X5 inzibati təcrübə üzrə üzrə baş inspektoru X3 göstərdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə “VAZ 11113 OKA” minik markalı, 27BF015 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan EQ 12632553 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən onun 50 manat miqdarında cərimə olunması barədə qərar çıxarılmışdır. Lakin Şəxs barəsində çıxarılmış qərarla tanış olaraq qərarın, protokolun surətini və cərimə bildirişini rəsmi qaydada almasına baxmayaraq barəsində qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməməklə qərarı icra etməmişdir. Bu səbəbdən Şəxs haqqında inzibati xəta haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, o, 1-ci Qarabağ müharibəsi iştirakçısı və əlili olmaqla “VAZ 11113 OKA” markalı, 27BF015 dövlət qeydiyyat nişanlı avtomobil ölkə rəhbərliyi tərəfindən 2003-cü ildə onun istifadəsinə verilmiş və həmin nəqliyyat vasitəsini 8 il müddət idarə etdikdən sonra pula ehtiyacı olduğu üçün başqa şəxsə satmış və həmin şəxs satdığı nəqliyyat vasitəsini uzun müddətdir ki, onun verdiyi notarial etibarnamə əsasında idarə edir. Həmin şəxs də onun satdığı “VAZ 11113 OKA” markalı avtomobili idarə edib yol hərəkəti qaydalarını pozduğuna görə cərimə olunmuş və cəriməni ödəməmişdir. Hesab edir ki, nəqliyyat vasitəsi artıq başqa şəxsin istifadəsində olduğundan nəqliyyat vasitəsinin hazırki sahibinə yazılmış cərimənin ödənilməsi ona aid deyildir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, tərtib olunmuş inzibati xəta haqqında protokol və digər iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs törədilmiş xətada özünü təqsirli bilməyərək məhkəmə iclasında izahatında irəli sürdüyü dəlillər özünü müdafiə və məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşıyır. Belə ki, inzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Baş X8 İdarəsinin Mərkəzi məlumat Bazasından çıxarışın surətindən müəyyən olunur ki, Şəxs xx.xx.2022-ci il tarixdə “VAZ 11113 OKA” minik markalı, 27BF015 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan EQ 12632553 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən onun 50 manat miqdarında cərimə olunması barədə qərar çıxarılmışdır. İnzibati xəta haqqında materiala əlavə edilmiş bildirişdən və poçt xəbərnaməsindən görünür ki, inzibati xəta törətmiş şəxs Şəxs Xaçmaz rayon X4 X5 İnzibati təcrübə üzrə baş inspektoru polis kapitanı X3 tərəfindən rəsmi bildiriş göndərilməklə ona barəsində tərtib edilmiş EQ 12632553 saylı protokol üzrə qəbul edilmiş qərara əsasən təyin edilmiş cəriməni müəyyən olunmuş müddət ərzində bank vasitəsilə ödəməsi barədə bildirilmiş, cəriməni göstərilən müddətdə ödəmədiyi təqdirdə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib edilərək materialın müvafiq tədbir görülməsi üçün məhkəməyə göndəriləcəyi barədə ona xəbərdarlıq edilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş mərkəzi informasiya sistemindən götürülmüş çıxarışlardan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixli, EQ 12632553 saylı inzibati tənbeh vermə haqqında qərarla İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona təyin olunmuş 50 manat məbləğində cəriməni və ona əsasən hesablanmış 30 manat dəbbə pulunu ödəməmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş xx.xx.2023-cü il tarxili, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən xx.xx.2022-ci il tarixli, EQ 12632553 saylı qərar qanuni qüvvəyə mindiyi gündən 03 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə onun barəsində qeyd olunan inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini və digər halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədirlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar