Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-773/2025 29.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məmmədova Ruxsalə Əmrah qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Quba Regional İdarəsinin nümayəndəsi X2 iştirakı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətallar Məcəlləsinin 324.3-cü maddəsi ilə AYNA Quba Regional İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: 07 may 2025-ci il tarixdə, saat 12:40 radələrində Xaçmaz şəhəri ərazisində Şəxs MMC-nin (VÖEN: **********) “İsuzu NMR 85HD” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin buraxılış vəsiqəsi olmadan yükdaşıma fəaliyyəti həyata keçirildiyi aşkar olunmuşdur. Bununla da, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 324.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Yerüstü Nəqliyyat X5 İdarəsinin nümayəndəsi X4 protokolda göstərilənlərə uyğun çıxış edərək izahatında göstərmişdir ki, Xaçmaz şəhəri ərazisində Şəxs MMC-nin İsuzu NMR 85HD markalı, 01 AD-870 dövlət qeydiyyat nişanlı avtomobilin buraxılış vəsiqəsi olmadan yükdaşıma fəaliyyəti həyata keçirdiyi AYNA-nın Quba Regional İdarəsinin əməkdaşları tərəfindən aşkar olunaraq barəsində protokol tərtib olunmuşdur. Dəfələrlə qarşı tərəfə çağırışlar göndərilməsinə baxmayaraq idarəyə gəlməmişlər, izahat verməkdən və protokolu imzalamaqdan imtina etmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 324.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tərtib edilmiş 07 may 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və digər iş materialları ilə tamamilə təsdiq olunur. - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Quba Regional İdarəsinin Şəxs MMC-yə ünvanladığı xx.xx.2025-ci il tarixli, 53 saylı bildirişdən müəyyən olunur ki, Quba Regional İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş monitorinq zamani “A+CO" MMC-yə məxsus “İSUZU NMR 85 HD” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən yük daşımasının təşkili aşkar olunmuş və İnzibati Xətalar Məcəlləsinin 324.3-cü maddəsinə əsasən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün İnzibati Xətalar Məcəlləsinin 185-cl maddəsinə əsasən Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir. - 07 may 2025-ci il tarixli aktdan müəyyən olunur ki, Azərbaycan Yerüstü Nəqliyyat Nəqliyyat Agentliyinin (AYNA) Quba regional İdarəsinin əməkdaşları akt tərtib edərək imzalamaqla təsdiq etmişlər ki, 07 may 2025-ci il tarixdə, saat 12:40 radələrində Xaçmaz şəhəri ərazisində aparılmış monitorinq zamani X3 idarə etdiyi Şəxs MMC-yə məxsus "İSUZU NMR 85 HD yuk" markalı **-AD-*** dövlət qeydiyyat nişanİı avtomobil saxlanılmış, e-xidmət ayna.qov.az elektron sisteminden yox!anımış, buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən yük daşınması fəaliyyəti müəyyən ediİmişdir. X1İu sənədləri təqdim etməkdən və izahat verməkdən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 324.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 324.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1200 (min iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Bayramov
Məhkəmə qərarları › İş №3(067)-773/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-773/2025
29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver