Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-774/2022 18.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X23 patrul xidməti inspektoru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1999-cu ildə Xaçmaz rayonunun Qaracik kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Xaçmaz rayonunun Qaracik kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 09 aprel 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Xaçmaz Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən Şəxs 08 aprel 2022-ci il tarixdə, saat 18:30-da “VAZ 21074” markalı, ** SS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qəflətən sürətləndirərək davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxarmaqla və ya yolun səthində çoxsaylı təkər izlərini buraxmaqla avtoxuliqanlıq etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Xaçmaz rayon X23 patrul xidməti inspektoru X11 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Xaçmaz şəhəri, Zərifə xanım Əliyeva küçəsində xidmətdə olarkən Şəxs “VAZ 21074” markalı, ** SS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edildiyindən həmin nəqliyyat vasitəsinə saxla işarəsi verməsinə baxmayaraq sürücü onun qanuni tələblərinə məhəl qoymayaraq qayda pozuntusuna yol verməklə cəmiyyətin maraqlarını nəzərə almamış və səs-küy salaraq ictimai qaydanı pozmuşdur. Bundan əlavə olaraq qeyd edərək Şəxs tərəfindən bundan öncədə müxtəlif inzibati xəta əməlinin törədilməsi müşaiyət edilərək barəsində həmin xətanın sanksiyasına uyğun olaraq 10 oktyabr 2021-ci il tarixli TP seriyalı 4632626, 13 oktyabr 2021-ci il tarixli, TP seriyalı 4655063, 21 oktyabr 2021-ci il tarixli, TP seriyalı 4669966, 19 noyabr 2021-ci il tarixli, TP seriyalı 4720102, 24 dekabr 2021-ci il TP seriyalı 4779876, 08 yanvar 2022-ci il tarixli, TP seriyalı ******* və 16 fevral 2022-ci il tarixli, TP seriyalı ******* nölmrəli inzibati xəta haqqında protokollar tərtib edilərək inzibati məsuliyyətə cəlb edilmişdir. Lakin inzibati xəta törətmiş şəxs bundan heç bir nəticə çıxarmayaraq inzibati xəta əməlini törətməkdə davam etmiş və buna görə də, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, 08 aprel 2022-ci il tarixdə saat 18:30-da özünə məxsus olan “VAZ 2107” markalı, ** SS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Xaçmaz şəhəri, Zərifə xanım Əliyevaya küçəsində hərəkətdə olarkən yol polisi ona saxla işarəsi vermiş, lakin o, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik etdiyindən cərimə olunacağını bildiyindən polisin saxla tələbinə qəsdən tabe olmayaraq onlardan uzaqlaşmağa çalışmış, bu məqsədlə də o, təhlükəli manevrlər etməklə polisdən yayınmağa çalışmışdır. Eyni zamanda Xaçmaz şəhəri, N.Nərimanov küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində, Xaçmaz şəhəri Heydər Əliyev prospektindən Bakı prospektinə qədər yoldakı döngədə və həmin prospekt ilə Xəqani küçəsinin kəsişməsində təkərlərin yerə sürtməsi və yerdə çoxsaylı təkər izlərinin buraxmasına səbəb olan hərəkətlər etmiş, daha sonra Xəqani küçəsində yol polisindən yayına bilməyəcəyini yəqin edib avtomobili dayandırmışdır. Bundan başqa, o bildirmişdir ki, özünü təqsirli bilir, əməlindən səmimi peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hazırda məhkəmə iclasında dindirilmiş polis əməkdaşının ifadələrinin doğruluğunu təsdiq edir. Həmçinin bildirmişdir ki, 08 aprel 2022-ci il tarixdə polis şöbəsində olarkən hüquq və vəzifələri ona izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyriinsani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Bundan əlavə, məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Heç bir əlillik dərəcəsi yoxdur. İş materiallarına əlavə olunmuş yol-patrul xidmətinin avtomobilində quraşdırılmış videomüşahidə cıhazı vasitəsilə qeyd alınmış bir ədəd CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, VAZ 2107 markalı ** SS *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Xaçmaz şəhərinin mərkəzi küçələrində təhlükəli manevrlər törətməklə, yol patrul xidmətinin əməkdaşlarından yayınarkən, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş avtoxuliqanlıq hərəkətlərini törətmişdir. Şəxs məhkəmə iclas zalında diskə baxış keçirilərkən VAZ 2107 markalı ** SS *** dövlət nömrə nişanlı avtomobilin onun tərəfindən idarə olunmasını etiraf etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 09 aprel 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs , 08 aprel 2022-ci il tarixdə saat 18:30-da “VAZ 2107” markalı, ** SS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qəflətən sürətləndirərək davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxarmış və yolun səthində çoxsaylı təkər izlərini buraxmaqla avtoxuliqanlıq etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan CD diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olunmuşdur ki, Şəxs 08 aprel 2022-ci il tarixdə “VAZ 2107” markalı, ** SS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə davamlı olaraq X19nı pozaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxarır və yolun səthində çoxsaylı təkər izlərini buraxır. Bu hal isə YPX əməkdaşı tərəfindən müşahidə edilir və sonuncunun hərəkətlərinə polis əməkdaşının tələbi ilə son qoyulur. İş materiallarında olan Xaçmaz rayon X23 patrul xidməti inspektoru X11 tərəfindən təqdim edilmiş 01 oktyabr 2021-ci il tarixli TP seriyalı ******* nömrəli X19, X5 Təmin Edilməsi və Avtomobil Yollarından istifadə qaydalarının əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Şəxs “VAZ 2107” markalı, ** SS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Xaçmaz şəhəri, H.Əliyev prospektində hərkətdə olarkən həmin ərazi üzrə xidməti vəzifəsini yerinə yetirən Yol Patrul Xidməti İnspektoru polis mayoru X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinin tələbini pozduğuna görə 50 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X23 patrul xidməti inspektoru X11 tərəfindən təqdim edilmiş 13 oktyabr 2021-ci il tarixli, TP seriyalı ******* nömrəli X19, X5 Təmin Edilməsi və Avtomobil Yollarından istifadə qaydalarının əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Şəxs “VAZ 2107” markalı, ** SS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Xaçmaz şəhəri, H.Əliyev prospektində hərkətdə olarkən həmin ərazi üzrə xidməti vəzifəsini yerinə yetirən Yol Patrul Xidməti İnspektoru polis serjantı X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsinin tələbini pozduğuna görə 150 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X23 patrul xidməti inspektoru X11 tərəfindən təqdim edilmiş 21 oktyabr 2021-ci il tarixli, TP seriyalı ******* nömrəli X19, X5 Təmin Edilməsi və Avtomobil Yollarından istifadə qaydalarının əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Şəxs “VAZ 2107” markalı, ** SS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Xaçmaz şəhəri, H.Əliyev prospektində hərkətdə olarkən həmin ərazi üzrə xidməti vəzifəsini yerinə yetirən Yol Patrul Xidməti İnspektoru polis mayoru X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsinin tələbini pozduğuna görə 150 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X23 patrul xidməti inspektoru X11 tərəfindən təqdim edilmiş 19 noyabr 2021-ci il tarixli, TP seriyalı ******* nömrəli X19, X5 Təmin Edilməsi və Avtomobil Yollarından istifadə qaydalarının əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Şəxs “VAZ 2107” markalı, ** SS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Xaçmaz şəhəri, H.Əliyev prospektində hərkətdə olarkən həmin ərazi üzrə xidməti vəzifəsini yerinə yetirən Yol Patrul Xidməti İnspektoru polis serjantı X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinin tələbini pozduğuna görə 50 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X23 patrul xidməti inspektoru X11 tərəfindən təqdim edilmiş 24 dekabr 2021-ci il TP seriyalı ******* nömrəli X19, X5 Təmin Edilməsi və Avtomobil Yollarından istifadə qaydalarının əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Şəxs “VAZ 2107” markalı, ** SS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Xaçmaz şəhəri, H.Əliyev prospektində hərkətdə olarkən həmin ərazi üzrə xidməti vəzifəsini yerinə yetirən Yol Patrul Xidməti İnspektoru polis serjantı Səidov samir Üzəmməd oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 342.5-ci maddələrinin tələbini pozduğuna görə 50 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X23 patrul xidməti inspektoru X11 tərəfindən təqdim edilmiş 08 yanvar 2022-ci il tarixli, TP seriyalı ******* nömrəli X19, X5 Təmin Edilməsi və Avtomobil Yollarından istifadə qaydalarının əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Şəxs “VAZ 2107” markalı, ** SS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Xaçmaz şəhəri, S.Qurbanov küçəsində hərkətdə olarkən Xaçmaz rayon X17 X21 dövlət avtomobil müfəttişi polis kapitanı X20 oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 342.5-ci maddələrinin tələbini pozduğuna görə 50 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X23 patrul xidməti inspektoru X11 tərəfindən təqdim edilmiş 16 fevral 2022-ci il tarixli, TP seriyalı ******* nömrəli X22, X5 Təmin Edilməsi və Avtomobil Yollarından istifadə qaydalarının əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Şəxs “VAZ 2107” markalı, ** SS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Xaçmaz şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən həmin ərazi üzrə xidməti vəzifəsini yerinə yetirən Yol Patrul Xidməti İnspektoru polis serjantı X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 342.5-ci maddələrinin dispozisiyasını pozduğuna görə 50 manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 08 aprel 2022-ci il tarixdə “VAZ 2107” markalı, ** SS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə davamlı olaraq X19nı pozaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxarmaqla və yolun səthində çoxsaylı təkər izlərini buraxmaqla avtoxuliqanlıq etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin müəyyən edilmişdir ki, C.Ə.X4rkən özünün də məhkəmə iclasında təsdiq etdiyi kimi hüquq və vəzifələri ona izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Beləliklə, Şəxs törətdiyi inzibati xəta əməlləri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə onun mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxması və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə tövsif edilməlidir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Həmin Məcəllənin 33.1.1-ci maddəsinə əsasən səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinməli onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli, inzibati xəta törətmiş şəxsin polis idarəsinə könüllü gəldiyi vaxtdan, yəni 18 aprel 2022-ci il tarixdən saat 12:50-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 511.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququnun 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 20 (iyirmi) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsin əvvəli 18 aprel 2022-ci il tarixdən saat 12:50-dən hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN SƏRXAN SƏMƏDZADƏ XİDİR QULİYEV.
Məhkəmə qərarları › İş №3(067)-774/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-774/2022
18.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver