Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-774/2025 30.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi və məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi ilə, hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə ilə Xaçmaz Gömrük İdarəsi tərəfindən 30 aprel 2025-ci il tarixli, EP № ******* seriyalı, 01400-03513/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərilmişdir. Məhkmə inzibati xəta haqqında materialı və ona əlavə edilmiş sənədləri araşdırıb müəyyən etmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - hüquqi şəxs Şəxs Masallı rayonu, ünvan 1 ünvanında pasport qeydiyyatındadır. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hüquqi şəxs Şəxs barəsində Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz rayon Məhkəməsində baxılması mümkün deyildir. Belə ki, hüquqi şəxslərə münasibətdə nəzərə alınmalıdır ki, onlar qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə hüquqlarını həyata keçirir və vəzifələrini icra edirlər. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddəsindən göründüyü kimi qurumun dövlət reyestrinə daxil edilən məlumatlarına aid edilmiş hüquqi ünvanı onun daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1 və 485.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 07 mart 2025-ci il qərarından müəyyən edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hüquqi şəxslər tərəfindən törədildikdə, belə inzibati xəta haqqında işlərə ərazi aidiyyəti üzrə hüquqi şəxsin hüquqi ünvanının olduğu yerin məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Məhkəmə yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən hesab edir ki, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında material aidiyyəti üzrə baxılması üçün Masallı rayon Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-112 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında material aidiyyəti üzrə baxılması üçün Masallı rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №3(067)-774/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-774/2025
30.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver