Məhkəmə qərarları › İş №3(067)-775/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-775/2023

21.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-775/2023 21.06.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yolpatrul xidməti baş inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3cü maddəsi ilə Azərbaycan Respublikası Daxili işlət Nazirliyi Baş X6 İdarəsinin Yol-Patrul Xidməti Alayının 2-ci tağımından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs 13 iyun 2023-cü il tarixdə saat 20 radələrində “VAZ-21074” markalı, 90HR639 dövlət qeydiyyat nişanlı avtomobili Gəndob-Yalama yolunun 26-cı km-də qəflətən sürətlə idarə edərək davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxarmaqla, 1.1 üfüqi nişanlama xəttlərinin tələblərini ardıcıl pozub əks istiqamətli hərəkət zolağına çıxmaqla, dairədə tam əks istiqamətdə hərəkət edib ictimai yerlərdə təhlükəli manevrlər edib ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətləravtoxuliqanlıq etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol-patrul xidməti baş inspektoru X2 göstərdi ki, Şəxs 13 iyun 2023-cü il tarixdə saat 20 radələrində “VAZ-21074” markalı, 90HR639 dövlət qeydiyyat nişanlı avtomobili Gəndob-Yalama yolunun 26-cı km-də qəflətən sürətlə idarə edərək davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxarmaqla, 1.1 üfüqi nişanlama xəttlərinin tələblərini ardıcıl pozub əks istiqamətli hərəkət zolağına çıxmaqla, dairədə tam əks istiqamətdə hərəkət edib ictimai yerlərdə təhlükəli manevrlər edib ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər- avtoxuliqanlıq etmişdir. Yol-patrul xidməti inspektorunun saxlama işarəsinə məhəl qoymadan hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən Şəxs barəsində müvafiq sənədləşmə aparılmışdır. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, 13 iyun 2023-cü il tarixdə saat 20 radələrində “VAZ-21074” markalı, 90HR639 dövlət qeydiyyat nişanlı avtomobili Gəndob-Yalama yolunun 26-cı km-də hərəkətdə olarkən yol-patrul xidməti inspektor tərəfindən ona səbəbsiz yerə saxlama işarəsi verildiyinə görə, eləcə də bir qədər qorxub özünü itirdiyindən nəqliyyat vasitəsini saxlamadan yoluna davam etmiş, laikn hər hansı qaydaları pozmamış və avtoxuliqanlıq etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili işlət Nazirliyi Baş X6 İdarəsinin Yol-Patrul Xidməti Alayının yol-patrul xidməti inspektoru Şahid1 gösdərdi ki, Şəxs 13 iyun 2023-cü il tarixdə saat 20 radələrində “VAZ-21074” markalı, 90HR639 dövlət qeydiyyat nişanlı avtomobili Gəndob-Yalama yolunun 26-cı km-də qəflətən sürətlə idarə edərək davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxarmaqla, 1.1 üfüqi nişanlama xəttlərinin tələblərini ardıcıl pozub əks istiqamətli hərəkət zolağına çıxmaqla, təhlükəli manevrlər etdiyinə görə səs gücləndirici və mayakla durması barədə işarə vermiş, lakin Şəxs nümayişkəranə şəkildə davamlı olaraq avtomobilin təkərlərinin səsini çıxarmaqla hərəkətlərini davam etdirib həmin yerdən uzaqlaşmağa çalışmış, digər yol-patrul xidməti əməkdaşlarının tələblərinə məhəl qoymadan dairədə tam əks istiqamətdə avtomobili yüksək sürətlə idarə edərək hərəkətlərini davam etdirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili işlət Nazirliyi Baş X6 İdarəsinin Yol-Patrul Xidməti Alayının yol-patrul xidməti baş inspektoru Şahid2 şahid qismində dindirilmiş yol-patrul xidməti inspektoru Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 21 iyun 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, şahid ifadələri, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlər, həmçinin məhkəmə iclasında baxış keçirilərək tədqiq edilmiş hadisələrin videogürüntüsü qeydə alınmış DVD disklə tamamilə sübuta yetirilir. İnzibati xəta törətmiş şəxs Şəxs hər hansı yol hərəkəti qaydalarını pozmaması, avtoxuliqanlıq etməməsi və izahatında irəli sürdüyü bu kimi dəllilər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, onun bu barədə irəli sürdüyü dəlillər özünü müdafiə və məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs səlahiyyətli şəxslərin hüquqazidd hərəkətlərini dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətlərini davam etdirməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Odur ki, məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti ağırlaşdıran halı, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsin əvvəli 21 iyun 2023-cü il tarixdən saat 16:30-dan hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar