Məhkəmə qərarları › İş №3(067)-776/2020

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-776/2020

24.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-776/2020 24.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunu nsədirliyi, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, xx.xx.1991-ci ildə İmişli rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, İmişli rayonunun, Murguzallı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Xaçmaz rayon PŞ-nin daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs xx xxxxxx 2020-ci il tarixdə Xaçmaz rayon polis şöbəsinin inzibati binasında ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə izahat vermiş Şəxs bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 18:15 radələrində idarə etdiyi «Niva» markalı ** LL *** dövlət qeydiyyat nişanlı avtomobili Xaçmaz rayonunun “Vəlvələ» çayı üzərindəki stasionar karantin postunda saxlanılaraq Xaçmaz rayon polis şöbəsinə gətirilmişdir. Orada o, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışlar. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin İTB-nin rəisi X1 göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 18:15 radələrində sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar qurulan Xaçmaz rayonun «vəlvələ» çayı üzərindəki stasionar karantin postundan müvafiq icazə olmadan yaşayış yerini tərk edərək, Xaçmaz şəhərinə gəlməklə karantin rejimi qaydalarını pozduğuna görə «Niva» markalı ** LL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, Hal-hazırda İmişl irayon Polis Şöbəsində Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə barəsində cinayət işi olan İmişli rayon sakini İmanov X3 RPŞ-nin ƏİÜ rəis müavini Faiq İlyasovun xidməti otağında Şəxsla hansı səbəbdən İmişli rayon polis Şöbəsində olan cinayət işi ilə bağlı söhbət aparılan zaman Şəxs suallara səbəbsiz olaraq, aqresiv hərəkətlərə yol verməklə kobud cavab vermiş, əməlindən peşiman olmadığını aqresiv formada bildirməklə yanaşı xidməti otaqda ucadan, kobud ifadələr işlətməklə əsassız olaraq Xaçmaz RPŞ-nə gətirildiyini bildirmişdir. O, dəfələrlə Şəxs nizam-intizamlı olmağa və polisin qanuni tələbinə tabe olmağa. Xidməti fəaliyyətini yerinə yetirən polis əməkdaşlarına qarşı etik olmayan ifadələrə yol verməməyə dəvət etsə də Şəxs onun qanuni tələbinə qəsdən əməl etməyəcəyini bildirib, öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, şahid ifadəsi və tərtib edilmiş inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli MN 0707289№-li protokolla sübuta yetir. Şəxs inzibati tənbeh növü təyin edərkən, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eyni zamanda, törədilmiş inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, onun barəsində inzibati həbs tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesabedir. Yuxarıda göstərilənlərə əsasən və Azərb. Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib ona 10 (on) gün həbs inzibati tənbeh növü təyin edilsin. Həbsin əvvəli xx xxxxxx 2020-ci il saat19:30-dan hesablansın. Qərarın surəti icra edilməsi üçün Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar