Məhkəmə qərarları › İş №3(067)-779/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-779/2022

28.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-779/2022 28.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ İş № 3(067)-779/2022 QƏRAR Xaçmaz rayon məhkəməsi 28 aprel 2022-ci il Xaçmaz şəhəri Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi , Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən hüquqi şəxs Şəxs MMCnin (VÖEN; **********) 2020 və 2021-ci illərdə Şimal Ərazi Baş Gömrük İdarəsində rəsmiləşdirdiyi müxtəlif meyvə məhsullarının Rusiya Federasiyasına 12 gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac etdiyi ümumilikdə 142615.27 ABŞ dolları dəyərindəki (242445.95) manat yükün müqabilində qaytarılmalı olan məbləğləri müvəkkil bank hesabına köçürməmişdir. Şəxs MMC tərəfindən konsiqnasiya yolu ilə ixrac olunmuş və şirkətin müvəkkil bankdakı hesabına məcburi qaydada köçürülməli olan 142615.27 ABŞ dolları dəyərindəki (242445.95) manat xarici valyutanın geri qaytarılmamasının səbəbinin aydınlaşdırılması məqsədi ilə Şəxs MMC-nin icraçı direktoru X1 Bölməsinə dəvət olunaraq sorğu-sual olunmuş, izahatında bildirmişdir ki, təmsil etdiyi şirkətin əsas fəaliyyəti meyvə məhsullarının xarici ölkələrə satışından ibarətdir. O, qeyd etmişdir ki, Şəxs MMC-nin ixrac etdiyi 12 gömrük bəyannaməsi üzrə 142615.27 ABŞ dolları dəyərindəki (242445.95) manat vəsait şirkətin müvəkkil bankda olan hesabına ödənilmişdir. Yalnız Kamelot-A şirkətinə **********7441 saylı yük gömrük bəyannaməsi üzrə ixrac etdiyi “nektarin” yükünə görə 183.16 ABŞ dolları ödənilməmişdir. Bunun isə əsas səbəbi ixrac olunmuş nektarin yükünün 80 kq. əskik gəlməsidir. Bu barədə Kamelot-A şirkəti xx.xx.2021-ci il tarixli, 525 saylı iddia sənədi göndərmişdir. Şəxs MMC-nin ixrac etdiyi 12 gömrük bəyannaməsi üzrə meyvə yüklərinin müqabilində 142615.27 ABŞ dolları dəyərindəki (242445.95) manat vəsaitin ödənilibödənilməməsini müəyyən etmək məqsədi ilə Şimal Ərazi Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin xx.xx.2022-ci il tarixli 34/012/002208 saylı xidməti qeydinə əsasən Şəxs MMC-nin ödənilməyən yalnız **********7441 saylı bəyannamə üzrə 183.16 ABŞ dolları (311.37) manat vəsaiti qalmışdır. Qalan məbləğlər isə tam şəkildə Şəxs MMC-nin müvəkkil bank hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 saylı Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının 12.2-ci bəndinin tələbinə əsasən 180-gün müddətinə xarici valyuta vəsaitləri, malları ixrac edən ixracatının Azərbaycan Respublikasında müvəkkil bank hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, Şəxs MMC **********7441 saylı bəyannamə üzrə 183.16 ABŞ dolları (311.37) manat vəsaiti bəyan olunduğu gündən bu günə qədər Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsini təmin edə bilməmişdir. Beləliklə də Xaçmaz rayonu, Nərəcan kəndində qeydiyyatda olan Şəxs MMCnin konsiqnasiya yolu ilə ixrac etdiyi və ixrac olunan malın müqabilində müvəkkil edilmiş bankın hesabına məcburi qaydada köçürülməli olan (311.37) manat valyuta vəsaiti az miqdar təşkil etmişdir. Şəxs MMC-nə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Şəxs MMC və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi iş materialları və tərtib edilmiş inzibati xəta haqqında protokolla tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə, Şəxs MMC-yə inzibati tənbeh təyin edərkən, məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, eyni zamanda, törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin təqsirinin dərəcəsini nəzərə almaqla, onun barəsində inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 30% (faiz), yəni 54,948 ABŞ dolları məbləğində cərimə inzibati tənbehinin təyin edilməsini məqsədə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərb. Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 30% (faiz), yəni 54,948 ABŞ məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar