Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-780/2023 04.07.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclas katibi X1, Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir, ondan ötrü ki, Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirdiyi **********3802, **********5810, **********8866 və **********5718 nömrəli gömrük bəyannamələri əsasında Rusiya Federasiyasında fəaliyyət göstərən "xxxx" MMC-yə 2.823.040 rus rubl (77924,66 manat) məbləğində alma məhsulları ixrac edilərək həmin məhsulların dəyərini təşkil edən ******* rus rublu (62474,03 manat) məbləğində pul vəsaitini "xxxx" ASC-nin Xaçmaz şəhər filialında ola AZ38RBTA******************** nömrəli bank hesabına köçürülmüş və xarici iqtisadi fəaliyyətin həyata keçirməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasını müvəkkil edilmiş bankı hesabına məcburi qaydada 561841 rus rublu (15450,6 manat) məbləğində xarici valyuta vəsaitini xaricdən qaytarılmamışdır. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X3 izahatında göstərmişdir ki, MMC-yə sanksiyaların tətbiq olunması ilə əlaqədar pulun ödənilməsi icra olunmur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Xaçmaz Rayon Prokurorluğunun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, nümayəndənin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan gömrük bəyannamələrinin surətindən görünür ki, Şəxs MMC tərəfindən alma məhsulları Azərbaycan Respublikasından ixrac edilmişdir. Məhkəmə iş materiallarında olan inzibati xətaya dair iş üzrə icraatın başlanması haqqında qərar və digər sənədləri əlaqəli şəkildə araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübut edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 119-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın obyekti olmuş 561841 rus Rublu vəsaiti məbləğinin otuz faizi məbləğində, yəni 168552 rus Rublu məbləğində ( 15450.63 manatın otuz faizi məbləğində, yəni 4.635.189 manat) (ödənilən günü manatla olan məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(067)-780/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-780/2023
04.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver