Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-783/2020 26.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədirliyi,ilə Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1963-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Xaçmaz rayonunun Niyazabat kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ : Şəxs xx xxx 2020-ci il tarixdə Xaçmaz rayonunun Niyazabad kəndində küçədə həmkəndlisi X3 döymüşdür. Məhkəmədə izahat vermiş Şəxs inzibati xətanı etiraf etməyərək bildirmişdir ki, xx xxx 2020-ci il tarixdə saat 19 radələrində öznə məxsus hörüş yerində hörüklədiyi ata baxmağa gedərkən həmkəndlisi Yaqubun atını hörüklədiyi yerdə özünə məxsus quzularını otardığını görmüş və Yaquba gedib başqa yerdə quzularını oturmasını bildirdikdə, Yaqub onu nalayiq söyüşlərlə söymüşdür. Bu zaman o, Yaqubun yanına gedərək nə səbəbə onu söyməsini soruşduqda aralarında mübahisə baş vermiş, mübahisə zamanı Yaqub onu itələyərək yerə yıxmışdır. Bundan sonra Yaqub onu yıxılmış vəziyyətdə 3-4 dəfə onun burun, çənə və sağ gicgah nahiyyələrinə vurmuşdur. Lakin o, Yaqubu döymədiyini və ona hər hansı bir xəsarə yetirmədiyini bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs X4 ifadə verərək göstərmişdir ki, inzibati xəta törətmiş şəxs Şəxs onun həmkəndlisidir. xx xxx 2020-ci il tarixdə təxminən saat 19 radələrində o, yaşadığı evin yaxınlığında yerləşən örüş sahəsində qoyun otaran zaman həmkəndlisi Hacıkərim də atını həmin yerdə hörükləmişdi.Həmin vaxt o, Hacıkərim qışqıraraq ona tərəf gəlmiş və özünün atını hörüklədiyi yerdə heyvan otarmamasını öildirərək onun ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Bu zəmində onlar arasında mübahisə yaranmış və mübahisə zamanı Hacıkərim 2-3 dəfə onun baş və boyun nahiyyəsindən yumruqla vurmuşdur. Həmin vaxt o əsəbləşərək Ağakərimi kənara itələmişdir. Lakin o, özünün Hacıkərimi döymədiyini və Hacıkərimə hər hansı xəsarət yetirmədyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Aparılmış təhqiqat zamanı müəyyən olunmuşdur ki, Şəxs xx xxxxx 2020-ci il tarixdə Xaçmaz rayonunun Tel kəndində küçədə həmkəndlisi X2 itələyərək yerə yıxaraq qəsdən sağlamlığa zərər vurmayan, dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, Şəxsnın Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş əməli təqsirli olaraq törətməsinin tam sübuta yetirildiyini hesab edir. Məhkəmə, Şəxs cəza təyin edərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, eyni zamanda, törədilmiş inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, onun barəsində inzibati cərimə inzibati tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, ona 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh növü təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №3(067)-783/2020
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-783/2020
26.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver