Məhkəmə qərarları › İş №3(067)-783/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-783/2024

09.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-783/2024 09.07.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon məhkəməsinin hakimi Səmədzadə Sərxan Akif oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə daxil olmuş X1 materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə tərtib olunmuş inzibati xətaya dair material daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə məsuliyyət yaranır. Qeyd olunan normanın dispozisiyasından göründüyü kimi, bu inzibati xəta hərəkətsizliklə törədilir. Bu isə o deməkdir ki, inzibati xəta vətəndaşın qeydiyyatda olduğu yer üzrə məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən X1 işə onun törədildiyi yerdə baxılır. Daxil olmuş X1 materialdan müəyyən olur ki, barəsində X1 icraat aparılan şəxs Bakı şəhəri, Yeni Yasamal rayonu 1, massiv 12, 68 ünvanında qeydiyyatdadır. İş materiallarında olan İXP ******* saylı X1 Protokolda Şəxs qeydiyyat ünvanı ünvan 2masiya Sistemindən əldə olunmuş məlumatlardan görünür ki, Şəxs Bakı şəhəri, Yeni Yasamal rayonu 1, massiv 12, 68 ünvanında qeydiyyatdadır. Məhkəmə onu da qeyd edir ki, Şəxs xx.xx.2018-ci il tarixdə verilmiş AZE 17936804 seriya nömrəli şəxsiyyət vəsiqəsində qeydiyyat yeri Xaçmaz rayonu, Xudat şəhəri, Səttarxan küçəsi ev 5 göstərilmiş, hazırda isə xx.xx.2020-ci il tarixdə verilmiş AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinə əsasən onun qeydiyyat yeri Bakı şəhəri, Yeni Yasamal rayonu 1, massiv 12, 68 ünvanıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Məhkəmə hesab edir ki, X1 işə şəxsin qeydiyyatda olduğu yer üzrə baxılmalı olduğundan X1 icraat aparılan şəxsin barəsində tərtib olunmuş X1 protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-111, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə tərtib olunmuş inzibati xətaya dair protokol və ona əlavə edilmiş sənədlər Xaçmaz RPŞ-nin DYPB-nə qaytarılsın. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar