Məhkəmə qərarları › İş №3(067)-792/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-792/2025

26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-792/2025 26.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Şikayət verən X2 iştirakı ilə, X2 Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ/23429786 saylı qərarından şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəyə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X3 ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasi DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli EQ/23429786 saylı qərarından məhkəməyə şikayət vermək uçun müəyyən edilmiş müddətin buraxılmasının üzürlü hesab edilərək bərpa edilməsi və şikayətə mahiyyəti üzrə baxilmasını xahiş etmişdir. Həmin qərardan X3 şikayət vermiş və buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə ərizəsini şikayətə əlavə etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasi DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli EQ/23429786 saylı qərarından məhkəməyə şikayət vermişdir ki, mübahisələndirdiyi qərarın surəti ona məlumat üçun göndərilməmişdir. O, qərarın mövcud olmasından xəbər tutduqdan sonra polisə müraciət edərək qərarı istəmişdir. Lakin bir neçə dəfə müraciət etdikdən sonra nəhayət xx.xx.2025-ci il tarixdə DİN BDYPİ-dən çətinliklə qərarın surətini ala bilmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə məhkəməyə şikayət vermişdir. Ondan asılı olmayan səbəbdən müəyyən olunmuş 20 gün müddətində şikayət verə bilməmişdir. Buraxılmış müddətin bərpa edilməsini xahiş edir Məhkəmə iclasında X3 ərizəsini müdafiə edərək müddətin bərpa olunmasını və işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmiş və əlavə olaraq göstərmişdir ki, müddəti ona görə ötürüb ki, onun mövcud qərardan xəbəri olmamışdır. Maşın onun adına olsa da, maşını o sürməyib. Onun ayağında problem var deyə maşın sürə bilmir. Maşını həmişə qardaşı sürür. Yol polisi saxlayandan sonra onun xəbəri olmuşdur. Sonuncu etibarnamə onda olduğuna görə, həmişə onunda yanında oturur. İş üzrə DİN BDYPİ məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılmasına baxmayaraq nümayəndəsi üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərəfin izahatını, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarından görünür ki, X3 Azərbaycan Respublikasi DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli EQ 23429786 saylı qərarından məhkəməyə şikayət vermə müddətini ötürmüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 Azərbaycan Respublikasi DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli EQ/23429786 saylı qərarından şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar