Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-794/2024 22.07.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon Yol Patrul Xidməti inspektoru polis baş serjantı Nümayəndə, X1 iştirakları ilə, 18 iyun 1993-cü ildə Xaçmaz rayonunun Sabiroba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, Xaçmaz rayonu, Sabiroba kəndi yaşayan X4 Xaçmaz rayon Yol Patrul Xidməti inspektoru polis baş serjantı Nümayəndə 01 iyul 2024-cü il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: X1 Xaçmaz rayon Yol Patrul Xidməti inspektoru polis baş serjantı Nümayəndə 01 iyul 2024-cü il tarixli, TP ******* saylı qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, İdarə etdiyim nəqliyyat vasitəsinin arxa tormuz işığının birinin yanmaması ilə bağlı saxlanılmışdır. Saxlandığından sonra inspektorun iştirakı ilə o, həmin nasazlığı yerindəcə aradan qaldırdığı halda ona cərimə yazılmışdır. Əyər o, nəqliyyat vasitəsindəki o, nasazlığı yerindəcə aradan qaldırmasaydı, nəqliyyat vasitəsi aparılıb yerləşdirilməli idi cərimə meydançasında. O, nasazlığı aradan qaldırqı halda o, cərimə edilmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon Yol Patrul Xidməti Baş inspektoru polis leytenantı Nümayəndə göstərdi ki, xx.xx.2024-cü il saat təxminən 10:00 radələrində xidmətdə olduğu Nərəcan kəndində qarşısında gedən VAZ 2107 markalı nəqliyyat vasitəsinin arxa xarici işığında nasazlıq yarandığına görə tərəfindən saxlanılmışdır. Bundan sonra o, sürücüyə yaxınlaşaraq özünü təqdim edərək qayda pozuntusunu izah edərək sürücüyə bildirmişdir ki, arxa işığının biri yanmadığına görə saxlanmışdır. Sürücü bu zaman ona həmin nasazlığı aradan qaldıracağını bildirsə də bunu edə bilməmişdir və buna görə də o, İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsini rəhbər tutaraq sürücünü 50 (əlli) manat miqdarında cərimə etmişdir. O, sürücüyə həmin nasazlığı aradan qaldıra bilmədiyinə görə nəqliyyat vasitəsi duracağa qoyulacağını, hərəkətinə də artıq məhdudiyyət qoyulduğunu bildirdikdə sürücü həmin kəndin ərazisində maşın təmiri yeri olduğunu və həmin nasazlığı gedib orda aradan qaldıra biləcəyini dediyi üçün o, həmin nəqliyyataq vasitəsinin arxasınca həmin təmir yerinə getmiş, lakin həmin yer bağlı olduğundan həmin yerinə yaxınlığında digər maşın təmiri yerinə gedərək nasazlığı aradan qaldırdıqdan sonra sürücünü sərbəst buraxmışdır. Hesab edir ki, Müslüm Əkbərovun barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qanuni və əsaslıdır. Onun ləğvi üçün heç bir əsas yoxdur, ona görə də ərizənin təmin olunmamasını xahiş edir. Məhkəmə, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Xaçmaz rayon X9 Bölməsinin 01 iyul 2024-cü il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 01 iyul 2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 01 iyul 2024-cü il tarixdə X5 idarə etdiyi “VAZ 21101” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən azyaşlı uşağını idarə etdiyi nəqliyyat vasitəsində avto kreslo olmadan, xüsusi qurğu olmadan, ön oturacaqda yanında otuzduraraq qüvvədə olan qanunun tələblərini pozmuşdur; 01 iyul 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 01 iyul 2024-cü il tarixdə X5 idarə etdiyi “VAZ 21074” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə hərəkətdə olarkən xarici işıq cihaz işləmədiyindən qüvvədə olan qanunun tələblərini pozmuşdur. Buna əsasən X5 İXM-in 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 50 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə baxışında hadisənin görüntülərini əks etdirən DVD diskə baxış keçirilərkən müəyyən olundu ki, 01 iyul 2024-cü il tarixdə X5 idarə etdiyi “VAZ 21074” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə hərəkətdə olarkən Xaçmaz rayon Yol Patrul Xidməti inspektoru polis baş serjantı Nümayəndə tərəfindən saxlanılan zaman həmin nasazlığı yerində aradan qaldıra bilmədiyinə görə, Nümayəndə müşayiəti və onun iştirakı ilə həmin nəqliyyat vasitəsindəki nasazlıq saxlanıldığı ərazidən xeylam uzaqda yerləşən maşın təmiri sexində aradan qıldırmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə - əlli manat məbləğində cərimə edilir. X2 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətməsini etiraf etsə də, ona qarşı yazılan cəriməni əsassız hesab edir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Xaçmaz rayon X9 Bölməsinin 01 iyul 2024-cü il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı qanuni olduğundan şikayət təmin edilməməli, adı çəkilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şikayət təmin edilməsin. Xaçmaz rayon X9 Bölməsinin 01 iyul 2024-cü il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-794/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-794/2024
22.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver