Məhkəmə qərarları › İş №3(067)-796/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-796/2024

31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-796/2024 31.07.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqdim edilmiş protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Xaçmaz Gömrük idarəsi Əməliyyat və təhqiqat şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən xx.xx.2024-cü il tarixdə saat 14:00 radələrində “Xanoba” gömrük postunun ixrac gömrük nəzarəti zonasına Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “DAF” markalı, 57CK189/57ZB289 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi daxil olmuşdur. Nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirilmiş və yoxlama zamanı, nəqliyyat vasitəsinin qoşqusunu alt hissəsində yerləşən yeşikdən qömrük nəzarətinə bəyan olunmayan 3 ədəd 20 litrlik plastik qablarda maye halında bitki dərmanına oxşar maddə aşkar olunaraq protokol əsasında götürülmüşdür. İş üçün əhəmiyyətini nəzərə alıb, ekspertiza təyin edilməsi barədə qərardad tərtib olunmuş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. xx.xx.2024-cü il tarixli Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-6/2827- 9/3979 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim olunmuş dizel mühərriklərində qaz tullantısının təmizlənməsi üçün istifadə olunan mayedir və ümumi dəyəri 51 (əlli bir) manat təşkil edir. Faktla bağlı Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə 28 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə teleqram göndərərək məhkəmə iclasında iştirak edə bilmədiyini göstərmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyun 2024-cü il tarixli, 3-16-16/2-6/2827-9/3979 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində “AdBlue (мочевина 20 литров) ГОСТ ИСО 22241-1-2012” markalanma göstəricisi olan dizel mühərriklərində qaz tullantısının təmizlənməsi üçün 20 litr tutulmlu plastik qabda məhlulun 1 qutusunun xx.xx.2024-cü il tarixə orta qiyməti təxminən 17,00 manat, 3 qutunun qiyməti isə 51,00 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyun 2024-cü il tarixli, 3-16-16/2-6/2827-9/3979 saylı məktubuna əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, həmin saylı və tarixli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 150 (bir yüz əlli) manat təşkil edir. İş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikasının İXM-nin 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İş üzrə məhkəmə məsrəfləri 150 (bir yüz əlli) manat təşkil edir və dövlət hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan üzərində “AdBlue (мочевина 20 литров) ГОСТ ИСО 22241-1-2012” markalanma göstəricisi olan dizel mühərriklərində qaz tullantısının təmizlənməsi üçün 3 ədəd 20 litr tutulmlu plastik qabda məhlul müsadirə edilsin. İş üzrə 150 (bir yüz əlli) manat məbləğində məhkəmə məsrəfləri Şəxs tutularaq dövlət hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar