Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-798/2025 18.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X5 Polis Bölməsinin polis sahə rəisi X3, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1971-ci ildə Ermənistan Respublikasının Kirovakan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmmamış, inzibati tənbehə məruz qalmamış, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Xaçmaz rayon X5 Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Şəxs 09 may 2025-ci il tarixdə saat 18 radələrində Xaçmaz rayonu, Turist kəndində yerləşən fərdi yaşayış evində şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı keçmiş arvadı Zərərçəkmiş şəxs qəsdən döyərək ona sağlamlığına zərər vurmayan bədən xəsarəti yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xaçmaz rayon X5 Polis Bölməsinin polis sahə rəisi X4 göstərdi ki, Şəxs 09 may 2025-ci il tarixdə saat 18 radələrində Xaçmaz rayonu, Turist kəndində yerləşən fərdi yaşayış evində şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı keçmiş arvadı Zərərçəkmiş şəxs qəsdən döyərək ona sağlamlığına zərər vurmayan bədən xəsarəti yetirmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərib edilərək materiallar baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs onun keçmiş arvadıdır. 05 may 2025-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus olan Xaçmaz rayonunun Turist kəndində yerləşən evində təmir bərpa işləri görmək üçün Bakı şəhərindən birlikdə həmin evə gəlmişlər. Bir neçə gün həmin evdə müəyyən təmir işləri görmüş, işini tamamlamağa az qalmış bibisi oğlunun vəfat etməsi xəbərini eşitdiyindən Bakı şəhərinə qayıtmaq qərarına gəlmişdir. 09 may 2025-ci il tarixdə axşam saatlarında Bakı şəhərinə qayıtmaq istəyərkən Zərərçəkmiş şəxs ilə aralarında mübahisə düşmüş, Naibə qışqırıb hay-küy salmış, onu söyüb təhqir etmişdir. Buna baxmayaraq o, evdən çıxmış, lakin paltarları evdə qaldığından geri qayıdıb paltarını götürərkən yenə də aralarında mübahisə yaranmış, Naibə onu evə buraxmaq istəməmiş, qapını açıb paltarları və digər əşyalarını götürmək istəyərkən Naibənin baş hissəsi açdığı qapının tin hissəsinə dəyərək xəsarət almışdır. Lakin o, Naibəyə əl qaldırmamış və onu qəsdən vurmamışdır. Məhkəmədə izahat verən Zərərçəkmiş şəxs göstərdi ki, o, Xalq artisti olmaqla Azərbaycan Milli Gənc Tamaşaçılar Teatrında aktrisa işləyir. Şəxs onun keçmiş əri olmaqla onlar 2016-cı ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Son vaxtlar ailə münasibətləri pozulduğundan 2022-ci ildə boşanmışlar. Birgə yaşadıqları bir neçə il müddət ərzində əri Yusuf heç bir işlə məşğul olmamış, daim spirtli içkilər qəbul etmiş və digər zərərli vərdişləri olmuş, dəfələrlə ona qarşı kobud rəftarlar etmiş, söyüb təhqir etmiş, döymüş, hətta bir neçə dəfə onun barəsində polis orqanına şikayət etmişdir. Sonradan barışdığından ərizəsini geri götürmüşdür. Birgə yaşadıqları müddətdə xoş gün görməmişdir. Hadisədən 2 ay əvvəl barışıb bir yerdə yaşamışlar. Barışarkən Yusuf əvvəllər etdiyi səhvləri təkrar etməyəcəyini bildirərək, yaxşı bir insan olacağına söz vermişdir. O, Yusufa inanmış və təkrar onun ilə birlikdə yaşamasına icazə vermişdir. Lakin bir yerdə yaşasalar da, Yusuf ona verdiyi sözlərə əməl etməmişdir. O, Yusufdan ona yalan söz verdiyini bildirdikdə, Yusuf ondan borca pul istəyərək avtomobilinin təmiri və cərimələrini ödəməli olduğunu, əgər avtomobilini işlək hala gətirsə, taksi əvəzi istifadə edərək onun borcunu qaytaracağını və birlikdə yaşamağa davam edəcəyini bildirmişdir. O, Yusufa inanaraq təxminən 1600 manat pul vermişdir. 1 ay keçsə də, Yusuf avaralığına davam etmiş və onun borcunu qaytarmamışdır. O, Yusufdan borcunu geri istədikdə, Yusuf ona işinin olmamasını, Xaçmaz rayonu, Yalama kəndində yerləşən evinin təmirini edə biləcəyini və borcunu bu formada ödəyəcəyini bildirmişdir. O, Yusufla razılaşmış və 05 may 2025-ci il tarixdə Xaçmaz rayonu, Turist kəndində yerləşən evinə Yusufla birlikdə gəlmişdir. Yusuf əvvəlcə özü iş görsə də, sonradan qonşunun kömək etməsini xahiş edərək, işi qonşuya gördürməyə başlamışdır. Yusuf ondan spirtli içki almağını və yemək almağı bildirərək, daimi spirtli içki qəbul etmişdir. 09 may 2025-ci il tarixdə aralarında mübahisə Yusufun işləməməsi səbəbindən başlamışdır. O, Yusufdan qonşunun gördüyü işi davam etdirməsini istədikdə, Yusuf onu təhqir edərək işi görməyə başlamışdır. O, evdə olarkən Yusuf qışqıraraq onu çölə çağırıb daha işləməyəcəyini və onun yanından çıxıb gedəcəyini bildirmiş, özünə aid əşyaları yığıb onun yaşadığı ünvandan çıxmışdır. Təxminən 5 dəqiqə sonra geri qayıdaraq gödəkçəsinin qalmasını bildirmiş, gödəkçəsini götürüb çıxarkən ona yanacağının olmamasını bildirib ondan pul istəmişdir. O, Yusufa pulunun olmadığını, ona borclu olmasını, evdə isə heç bir iş görməməsini bildirdikdə aralarında mübahisə yaranmış, mübahisə zamanı Yusuf onun sol sifət nahiyəsinə sillə ilə vurmuş, evin girişində isə saçlarından və yaxasından tutub dartaraq itələmiş, nəticədə onun üzü qapıya dəyərək xəsarət almışdır. Daha sonra saçından tutub sürümüşdür. Bütün bunları səsə gələn qonşusu Nargilə görmüş, Yusufu sakitləşdirməyə çalışmışdır. Sonra o, Yusufa polisə zəng edəcəyini bildirdiyindən o, evdən uzaqlaşaraq getmişdir. Yusuf onu döydüyü üçün DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Zərərçəkmiş şəxs izahatına əlavə olaraq bildirmişdir ki, Yusuf daimi olaraq onu söyüb təhqir etmiş, onu öldürməklə hədələmiş və döymüşdür. Yusufun barəsində dəfələrlə Polis qurumlarına müraciət etsə də o, öz əməllərinə son qoymamışdır. Yusif İsmayılov bu hərəkətləri ilə onun layaqətini və şərəfini alçaltdığından şikayətçi olmaqla onun barəsində layiqli cəza təyin edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi cinayət işi başlanmasının rədd edilməsi barədə 16 may 2025-ci il tarixli qərar, tərtib olunmuş inzibati xəta haqqında 18 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və zərərçəkmiş şəxsin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi barədə 16 may 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs keçmiş əri Şəxs tərəfindən döyülməsi ilə bağlı 102 xidmətinə etdiyi müraciət əsasında toplanmış materialda cinayət tərkibi olmadığından həmin xüsusat üzrə Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin (döymə) tərkibi əlamətləri olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surətinin Xaçmaz rayon X5 Polis Bölməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X1 X6 09 may 2025-ci il tarixli, 255 nömrəli ekspert rəyinin nıticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət- sol tərəf sifət nahiyəsinin qançırı bərk küt əşya təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İnzibati xəta törətmiş şəxs Şəxs Zərərçəkmiş şəxs döyməməsi, ona hər hansı xəsarət yetirməməsi barədə göstərdikləri və izahatında irəli sürdüyü bu kimi digər dəllilər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, onun bu barədə irəli sürdüyü dəlillər özünü müdafiə və məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materiallarında olan 16 may 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 16 may 2025-ci il tarixdə saat 19:30 radələrində inzibati qaydada tutulmuşdur. Odur ki, Şəxs həbsinin əvvəli 16 may 2025-ci il tarixdən saat 19:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 15 (on beş) gün müddətə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsin əvvəli 16 may 2025-ci il tarixdən saat 19:30-dan hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №3(067)-798/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-798/2025
18.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver