Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-799/2023 14.07.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Şkayət verən şəxs X1, Fövqəladə Hallar Nazirliyi X6 Xidmətinin Şimal Regional X6 İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, X1 Şimal Regional DYNİ-nin xx.xx.2023 tarixli, MN-1471602 saylı qərarının ləğv edilməsi barədə verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X4 məhkəməyə müraciət edərək Şimal Regional DYNİ-nin xx.xx.2023 tarixli, MN- 1471602 saylı nömrəli qərarı ləğv olunaraq, inzibati xəta haqqında işə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Şimal Regional DYNİ-nin əməkdaşları tərəfindən onun barəsində Azərbaycan Respublikasının İXM-nin 536.1-ci maddəsinə nəzərdə tutulmuş İnzibati xətanı törətdiyinə görə, Xaçmaz rayonu, Hacıəlibəy kənd orta məktəbin direktoru kimi 350 manat məbləğində cərimə edilmişdir. Belə ki, cərimə tətbiq olunan təhsil ocağında yanğın təhlükəsizlik qaydaları barədə aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün dəfələrlə tərəfindən vəzifəli şəxs kimi tabe olduqları Quba-Xaçmaz Regional təhsil idarəsinə müraciətlər olunmuşdur. Buda ona sübutdur ki, o vəzifəli şəxs kimi üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Beləliklə onun əməlimdə heç bir inzibati xəta tərkibi olmamasını belə sübut edir. Çünki, göstərilən təhsil ocağının avadanlıqlarla təmin olunması Elm və Təhsil Nazirliyinin səlahiyyətindədir. O vəzifəli şəxs kimi göstərilən nöqsanların aradan qaldırılması üçün məsul şəxs deyil. Buna görə də göstərilən cərimə qanunsuzdur və ləğv olunmalıdır. İnzibati xəta haqqında qərar xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə ona çatdırılmışdır. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 ərizəsinin təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, yanğınla əlaqədar məktəbdə məsul şəxs təsərrüfat müdiridir. Bundan başqa məktəb kollektivinə də tapşırılır ki, yanğın təhlükəsizliyi tədbirləri daim nəzarətdə saxlanılsın, təxliyyə planı da tərtib olunmuşdur. Əlavə olaraq bildirmişdir ki, bütün tədbirlər barəsində vaxtında aidiyyatı orqanlara müraciət etmişdir. Məhkəmə iclasında Fövqəladə Hallar Nazirliyi X6 Xidmətinin Şimal Regional X6 İdarəsinin nümayəndəsi X5 izahatında göstərmişdir ki, onlar yoxlama zamanı aşkar olunan nöqsanları qeydə alırlar. Görülən tədbirlər qeydə alınır. 10 gün müddətində məsul şəxs idarəyə dəvət olunur. Məhkəmə tərəflərin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin olunmalı, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Fövqəladə Hallar Nazirliyi X6 Xidmətinin Şimal Regional X6 İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Şimal Regional DYNİ-nin xx.xx.2023 tarixli, MN-1471602 saylı nömrəli qərarından görünür ki, X4 cərimə olunmuşdur. İşdə olan Hacıəlibəy kənd tam orta məktəb işçilərinin yanğına qarşı təlimat kitabından müəyyən olunur ki, məktəbin kollektivinə yanğın təhlükəsizliyi tədbirləri barədə məlumatlar verilmişdir. Azərbaycan Respublikasının İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İXM-nin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Azərbaycan Respublikasının İXM-nin 134.1 və 134.1.4-cü maddələrinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: Azərbaycan Respublikasının İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; Azərbaycan Respublikasının İXM-nin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; Azərbaycan Respublikasının İXM-nin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikasının İXM-nin 135.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Şikayət qismən təmin edilsin. Şimal Regional DYNİ-nin xx.xx.2023 tarixli, MN-1471602 saylı nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Şimal Regional DYNİ-nə göndərilsin. Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(067)-799/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-799/2023
14.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver