Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-799/2025 17.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X2 məhkəmkə iclas katibliyi, şikayət vermiş şəxs X1 iştirakları ilə, X3 tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 27793475 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək hazırkı iş üzrə İİ qrup əlil, hüquqşünas, məcburi köçkünlüyünü nəzərə alaraq DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 27793475 saylı protokolu ilə ünvan 1 ünvanında ** TY *** dövlət nömrə nişanlı idarə etdiyi avtomobilə İXM-nin 346.4 (Dayanma və ya durma qaydalarını pozma) əsasən 80.00 (səksən) manat məbləğində cərimə edilməsi barədə əsassız və qanunsuz elektron protokol-qərarın ləğv edilməsinə dair Qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 27793475 saylı protokolu ilə ünvan 1 ünvanında 10TY229 dövlət nömrə nişanlı idarə etdiyi avtomobilə İXM: 346.4 (yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə) əsasən 80.00 (səksən) manat cərimə edilməyim haqqında Qərar qəbul edilmişdir. Sözügedən protokol-qərarın haqqında SMS radar vasitəsi ilə xx.xx.2025-ci il tarixdə almışdır. xx.xx.2025-ci il tarixdə telefonunda (SMS radar) protokolun surəti əks olunduqdan sonra (rəsmi olaraq almamışam) o dərhal DİN-nin 102, 108, 109 “Qaynar xətt” xidmətlərinə və Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə yazılı və telefon bağlantısı ilə müraciət edərək əsassız və qanunsuz yazılmış sözügedən EQ27793475 saylı protokolun ləğv edilməsini bildirmişdir. Adı çəkilən protokolla bağlı qərar olan kimi dəfəflərlə DİN-nin 102, 109 “Qaynar xətf xidmətlərinə və Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə ünvanladığı şikayət müraciətlərində xx.xx.2025-ci il tarixli, EQ27793475 saylı protokolla ünvan 1 ünvanında 10TY229 dövlət nömrə nişanlı idarə etdiyi avtomobilə İXM-nin 346.4 (yanqoşqusu olmayan mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə) əsasən 80.00 (səksən) manat cərimə edilməsinin əsassız və qanunsuz olduğunu qeyd etmişdir. Bildirmişdir ki, elektron qaydada çəkilmiş video və şəkillərdən də görünür ki, o həmin ərazidə idarə etdiyi avtomobili saxlayıb və yaxud da, park etməmişdir. O yalnız keyfiyyətsiz benzin-yanacaq səbəbindən idarə etdiyi avtomobilin birdən-birə dartınmağa başladığını hiss edən kimi, mühərriki bir anlığa (3-4 saniyəlik) söndürüb, tez idarə etdiyi avtomobilin altına baxmış, elə zənn etmişdir ki, avtomobilin altında nə isə həcmli əşyaya ilişmiş, ona görə də, avtomobil dartınmışdır. Sağa burularaq, tez qapını açıb, düşüb altına baxmış, yenidən mühərriki işə salıb yoluna davam etmişdir. Lakin idarə etdiyi avtomobil yenidən dartınmağa başlayanda, bilmişdir ki, yenicə yanacaqdoldurma məntəqəsindən vurduğu benzinin fəlakətidir. O idarə etdiyim avtomobili park edib heç yana getməmişdir. Hətta şəkildən də, görsənir ki, o, avtomobilin altına baxıb, sürüb oradan uzaqlaşaraq mühərrik ustasının, sonradan isə, yanacaqdoldurma məntəqəsinə getmişdir. Kamera vasitəsi ilə o, hərəkətdə olarkən də, foto şəkillər çəkilmişdir. Hətta, DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə ünvanladığı sonuncu şikayət müraciətini də qeyd etmişdir ki, “mən neçə dəfə müraciət etməliyəm ki, mənim müraciətimə baxasınız?”. Digər tərəfdən, həmin sözügedən küçədəərazidə dayanma-durma ilə bağlı heç bir qadağanedici nişan yoxdur ki, onun tələblərini pozmuş olsun. Həmçinin, o, 3-4 saniyəlik əyləci basmaqla saxladığı yerdə xeyli sayda (40a yaxın) avtomobillər park edilmişdir. Əgər orada ani saniyələr içərisində avtomobilin əyləcini sıxıb saxlamaq, yenidən yoluna davam etmək qanun pozuntusudursa, bəs niyə həmin yerdə xeyli avtomaşın park edib günlük saxlanılır? Yuxarida qeyd olunanalarla bağlı DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə dəfələrlə müraciət etmiş. lakin bu günə kimi heç bir cavab verilməmişdir. Bu səbəbdən də, 10TY229 dövlət nömrə nişanlı idarə etdiyi avtomobilə İXM: 346.4-cü maddəsinə əsasən 80.00 (səksən) manat cərimə edilməsinin əsassız və qanunsuz olduğunu, şikayətinə aidiyyəti qurum tərəfindən baxılmadığına görə, ədalətli həlli üçün məhkəməyə müraciət etməli olmuşdur. xx.xx.2025ci il tarixli, EQ27793475 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi üçün şikayəti əsaslıdır. Belə ki, sürücü kimi tərəfindən törədilməsi ehtimal edilən, İXM-in 346.4-ci maddəsi ilə əhatə olunan əməl foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə (bort kompüter) aşkar edilib. Lakin İXM-in 122.1ci maddəsində həmin Məcəllənin 346.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi nəzərdə tutulmamışdır, həmin maddə üzrə belə bir icraatın aparılma qaydası müəyyən edilməmişdir. Həmin qərarlarda qeyd edilən inzibati xəta, yəni İXM-nin 346.4-cü maddəsi ilə qəbul edilmiş qərar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Həmin inzibati xətalar bilavasitə aşkar edilməyib, yəni qərar qəbul edib və ya protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi inzibati xətanın törədildiyi yerdə olmamaqla, həmin inzibati xətanı yerində aşkar etməmişdir. Belə olan halda, sürücü kimi əməlində törədilməsi ehtimal edilən inzibati xəta üzrə icraat inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilmədiyindən onun həmin maddə ilə təqsirli bilinib tənbeh edilməsi yolverilməzdir. Hazırkı iş üzrə İİ qrup əlil, hüquqşünas, məcburi köçkünlüyünü nəzərə alaraq DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ27793475 saylı protokolu ilə ünvan 2 ünvanında 10TY229 dövlət nömrə nişanlı idarə etdiyi avtomobilə İXM: 346.4 (Dayanma və ya durma qaydalarını pozma) əsasən 80.00 (səksən) manat cərimə edilməsi barədə əsassız və qanunsuz elektron protokol-qərarın ləğv edilməsinə dair Qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs əlavə olaraq izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə ünvan 3 ünvanında **-TY-*** dövlət nömrə nişanlı avtomobili idarə etdiyi zaman İXM-nin 346.4-cü maddəsinə əsasən 80 manat məbləğində cərimə edilməsi haqqında qərar qəbul edilmişdir. Qərar haqqında SMS radar vasitəsi ilə xx.xx.2025-ci il tarixdə məlumatı olmuşdur. Həmin tarixdə dərhal DİN-nin 102, 108, 109 “Qaynar xətt” xidmətlərinə və Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə ərizə ilə müraciət edərək qərarın və tərtib edilmiş protokolun əsassız və qanunsuz olduğunu bildirmişdir. Lakin müəyyən müddət keçməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib olunmuş orqan tərəfindən müraciətlərinə cavab verilməmiş, müraciət etdiyi qaynar xətdən protokol-qərarın əsası barədə əsaslı cavab ala bilməmişdir. O, İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş qaydanı pozmamışdır. Həmçinin İXM-nin 122-ci maddəsində göstərilir ki, dayanma-durma qaydaları İXM-nin 346.4-cü maddəsinə əsasən pozulmuşdursa bu zaman DYP-nin əməkdaşı və ya AYNA-nın əməkdaşı avtomobilə yaxınlaşaraq bort kompüter vasitəsilə protokol tərtib edərək sürücüyə təqdim edir. Lakin hazırda isə protokol və qərarın elektron texniki vasitələrin köməyi ilə tərtib olunması birbaşa qanun pozuntusudur. İXM-nin 124.5-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346- 1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati tənbeh vermə haqqında qərar çıxarılır və avtomobil duracağa aparılır. Lakin həmin vaxt o, avtomobilin yanında olması barədə fotoşəkillər və videogörüntülər də vardır. O, avtomobilini yolun kənarında saxlamış, nəqliyyat vasitələrinin hərəkətinə maneə törətməmiş, tıxac yaratmamışdır. Avtomobilin altında nə isə ilişdiyini hiss edib, dərhal avtomobili saxlayaraq altına baxmış, yenidən mühərriki işə salıb yoluna davam etmişdir. Lakin avtomobil yenidən dartınmağa başlayanda yenicə yanacaqdoldurma məntəqəsindən vurduğu benzin nəticəsində avtomobili dartınmağa başladığını anlamış və bundan sonra avtomobili ustaya aparmışdır. Sonradan yanacaq doldurma məntəqəsinə getmiş və yanacağa su töküldüyünü öyrənmişdir. O, belə bir hadisənin baş verəcəyini nəzərdə tutsa idi qəza işıqlarını yandırardı, avtomobilin qapılarını açardı. Təyin olunan cərimənin qanunsuz və əsassız olduğu barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilmiş orqana məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etmir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli, EQ 27793475 nömrəli protokola əsasən ** TY *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Xaçmaz şəhəri, N.Nərimanov küçəsində Azərbaycan Respublikası İXM-nin 346.04-cü maddəsinə əsasən 80 manat (2 bal) məbləğində inzibati tənbeh növündə cərimə təyin edilmişdir. - fotoşəkillərlə ** TY *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin yolun hərəkət hissəsinin ikinci cərgəsində dayandığı, şikayət vermiş şəxsin isə nəqliyyat vasitəsinin yanında olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 122.1. Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346- 1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. “Yol hərkəti haqqında” Azərbaycan Respublikası Qanunun 52-ci maddəsinin İ hisəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. Beləliklə, məhkəmə iclasında xx.xx.2025-ci il tarixli, EQ 27793475 nömrəli inzibati tənbeh vermə haqqında qərarda müəyyən edilmiş inzibati xəta hadisənin araşdırılması zamanı İXM-in 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin kifayət qədər sübuta yetirilmədiyi müəyyən edilmişdir. Qərarından şikayət verilən səlahiyyətli orqanın (vəzifəli şəxsin) nümayəndəsi məhkəmə iclaslarında iştirak etməyərək qeyd olunan inzibati tənbeh vermə haqqında qərarın tərtib edilməsinə əsas hesab edilmiş sübutları məhkəməyə təqdim etməmişdir. Şikayətə əlavə olunmuş fotoşəkillərdən göründüyü kimi səlahiyyətli orqan tərəfindən İXM-in 346.4-cü maddəsinin tələblərinin pozulmasına dair gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X3 Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27793475 nömrəli qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə əlavə araşdırılması və yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 27793475 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 27793475 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək yenidən baxılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-nə göndərilsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-799/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-799/2025
17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver