Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-8/2025 07.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X3 iclas katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz RPŞ-nin KTŞ-nin sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1951-ci ildə Xaçmaz rayonu, Yergüc kəndində anadan olmuş, təqaüdçü, məhkumluğu olmayan, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi üzrə Xaçmaz RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs xx.xx.2024-cü il tarixdə Xaçmaz şəhəri, Mərkəzi bazarında satışı qadağan edilmiş pirotexniki vasitələrin satışı ilə məşğul olaraq inzibati xəta törətmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında ptotokolu tərtib etmiş şəxs bildirmişdir ki, 17 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsinin iki nəfər əməkdaşı və onun iştirakı ilə Xaçmaz şəhəri, 20 Yanvar küçəsində yerləşən Mərkəzi bazarında satışı qadağan olunmuş pirotexniki vasitələrlə əlaqədar reyd keçirilmişdir. Reyd zamanı Xaçmaz şəhər sakini Şəxs Xaçmaz şəhər mərkəzi bazarda, qadın geyimləri satılan piştaxtanda satışı qadağan olunan pirotexniki vasitələri satması müəyyən olunmuşdur. Onlar barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxsdən hər bağlaması 3 manat pul müqabilində olmaqla 4 ədəd bağlamada hərəsinin içərisində 60 ədəd kiçik ölçülü pirotexniki vasitələri almışlar. Pirotexniki vasitələri aldıqdan sonra barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxsdən həmin pirotexniki vasitələri haradan aldıqlarını soruşduqlarında barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs 2023-cü ildə bazarın daxilində tanımadığı şəxsdən aldığını və hal-hazırda bazarda satdığını bildirmişdir. Həmçinin həmin pirotexniki vasitələrin satışında qanunla qadağan olunmuş məsuliyyətin nəzərdə tutulmadığını bildirmişdir. Daha sonra Xaçmaz RPŞ-nin əməkdaşları oraya dəvət olunmuş və qadın geyimləri satılan piş taxtanın üzərinə barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxsin razılığı ilə baxış keçirilmişdir. Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs Xaçmaz RPŞ-yə dəvət edilib barəsində İXM-nin 442-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Əlavə olaraq o, barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxsin mütəmadi olaraq pirotexniki vasitələrin satışı ilə məşğul olmadığını, qadın geyimlərinin satışı ilə məşğul olduğunu bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, bazarda olarkən tanımadığı şəxsdən həmin pirotexniki vasitələri övladlarına hədiyyə etmək üçün almış, lakin sonradan ehtiyacı olduğu üçün satmışdır. O, Xaçmaz şəhəri, Mərkəzi bazarında paltar satışı ilə məşğuldur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, inzibati xəta haqqında protokol və iş materialları ilə tam sübuta yetirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli “Raport”dan müəyyən edilir ki, həmin tarixdə 3 saylı inzibati ərazidə DİN-nin BİTİ-nin əməkdaşları və Xaçmaz RPŞ-nin sahə polis nəfəri, polis baş serjantı Əkbər Şıxəliyev ilə birlikdə Xaçmaz şəhər mərkəzi bazarında pirotexniki vasitələrin satışını aşkar etmək məqsədi ilə keçirilmiş tədbir zamanı ünvan 2 ünvanında yaşayan xx.xx.1951-ci il təvəllüdlü Şəxs pirotexniki vasitələrin satması Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən aşkar edilmişdir - xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən edilmişdir ki, Xaçmaz RPŞ-nin KTŞ-nin sahə rəisi, polis mayoru X2 tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Xaçmaz şəhəri, Mərkəzi bazarında satışı qadağan edilmiş pirotexniki vasitələrin satışı ilə məşğul olması ilə əlaqədar inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. - Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Xaçmaz RPŞ-də verdiyi izahatından müəyyən edilir ki, o, 2023-cü ilin mart ayında Xaçmaz şəhəri Mərkəzi bazarında tanımadığı bir şəxs ona yaxınlaşaraq pirotexniki vasitələri satdığını ona bildirmişdir. O, həmin şəxsdən 10 ədəd pirotexniki vasitənin hər birini 2 manatdan almışdır. Bu il həmin pirotexniki vasitələr onda qaldığı üçün özünə məxsus qadın geyimləri köşkündə 1 qutu pirotexniki vasitəni 3 manata satmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 442-ci maddəsinə əsasən istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32 və 33-cü maddələrinə əsasən Şəxs barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, yaşını və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir və onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128, 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olmuş pirotexniki vasitələr müsadirə edilməklə, barəsində 350 (üç yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-8/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-8/2025
07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver