Məhkəmə qərarları › İş №3(067)-801/2020

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-801/2020

28.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-801/2020 28.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1995-ciildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ortatəhsilli, işləməyən, deməsinə görəəvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Yevlax şəhəri, Neftkəməri qəsəbəsində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYY ƏN ETDİ : Şəxs xx xxxxxx 2020-ci il tarixdə Xaçmaz rayonunun Çarxı kəndi ərazisində saxlanılaraq Xaçmaz rayon Polis Şöbəsinə dəvət edildikdən sonra onun idarə etdiyi VAZ- 21011 markalı, ** DT *** dövlət nömrə nişanlı avtomobilinə baxış keçirilən zaman avtomobilin salonunda, qabaq sağ tərəfdə yerləşən saxlanc yerindən 8 ədəd kapsul halında “Tramadol 50” güclü təsir edici preparatlar aşkar edilərək götürülmüşdür. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis mayoru X2 göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə o, ərazi üzrə xidməti vəzifəsini yerinə yetirərəkən Xaçmaz rayonunun Çarxı kəndi ərazisindən keçən çayın yanında məskunlaşmış Yevlax rayon sakinlərindən birinin üzərində psixotrop dərmanlar gəzdirməsi ilə bağlı Xaçmaz rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında digər əməkdaşlarla birlikdə Yevlax rayon sakini Şəxs saxlayaraq Xaçmaz rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində Şəxs məxsus VAZ-21011 markalı, ** DT *** dövlət nömrə nişanlı avtomobilinə baxış keçirilərkən avtomobilin salonunda, qabaq sağ tərəfdə yerləşən saxlanc yerindən 8 ədəd kapsul halında “Tramadol 50” güclü təsiredici preparatları aşkar edilərək götürülmüş və bu barədə tərəflərindən müvafiq sənədləşmə işləri aparılmışdır. Məhkəmədə izahat verən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi xətanı etiraf etməklə göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə ailə üzvləri ilə birlikdə qaynanasının müalicəsi ilə bağlı Yevlax rayonundan çıxıb Xaçmaz rayonuna gələrək Xaçmaz rayonunun Çarxı kəndi ərazisində yerləşən çayın kənarında çadır quraraq müvəqqəti məskunlaşmışlar. Həmin gün saat təxminən 20 radələrində özlərini ona təqdim edən Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları onu saxlayaraq avtomaşını ilə birlikdə rayon polis şöbəsinə getməli olduğunu bildirmişlər və o, heç bir etiraz etməyərək polis şöbəsinə gəlmişdir. Polis Şöbəsində onun avtomobilinə baxış keçirilərəkən avtomobilinin qabaq sağ tərəfində salonda olan saxlanc yerindən mütəmadi olaraq istifadə etdiyi “Tramadol 50” güclü təsir edici preparat polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərar, inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli protokol, maddi sübut və digər iş materialları ilə tamamilə sübuta yetir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizası üzrə xx xxxxxx 2020-ci il tarixli 6/1673 nömrəli rəyindən görünür ki, tədiqiqata təqdim olunmuş üzərində “Şəxs avtomobilindən götürülmüş ...” və.s qeydlər olan zərfdəki ümumi sayı 8 ədəd kapsullar təsir maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edən güclü təsiredici –tramadol dərman preparatıdır. 50 mg-lıq tramadol preparatları Azərbaycan Respublikasının xx xxxx 2016-cı il tarixli 180-VQ nömrəli Qanunu ilə təsdiq edilmiş 1 nömrə əlavə- “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin Siyahısı”nda dəyişiklik barədə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən həmin siyahıya daxildir. İnzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, aparılmış təhqiqat zamanı Şəxs əməlində cinayət əməli olmadığı müəyyən edilməklə barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxx 2019-cu il tarixli qərardan müəyyən olunur ki, inzibati xəta törətmiş şəxs Şəxs idarə etdiyi avtomobilinin salonundan aşkar edilərək götürülmüş “Tramadol 50” dərman preparatının 8 kapsulundan 1 kapsulası tədqiqata sərf olunmuş, 7 ədəd kapsula isə qablaşdırılıb möhürlənərək Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs əməlini səmimi etiraf etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. İş üzrə maddi sübut olan, Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş “Tramadol 50” dərman preparatının 8 kapsulundan 1 kapsulası tədqiqata sərf olunmuş, 7 ədəd kapsula məhv edilməlidir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 22:00-da radələrində tutulmuşdur. Odur ki, Şəxs həbsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 22:00 radələrindən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsininin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsininin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 22:00dan hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan, Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş “Tramadol 50” dərman preparatının 8 kapsulundan 1 kapsulası tədqiqata sərf olunmuş, 7 ədəd kapsula məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar