Məhkəmə qərarları › İş №3(067)-804/2020

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-804/2020

15.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-804/2020 15.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun, “Şəxs” MMC-nin nümayəndəsi X2, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekoloğiya və X3 nümayəndəsi X1 iştirakları ilə, “Şəxs” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: “Şəxs” MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, müəssisədə formalaşan istehsalat çirkab sularının təmizlənmədən və zərərsizləşdirilmədən təbii su axarına kiçik çaya axıdılması aşkar olunmuşdur. Məhkəmə iclasında “Şəxs” MMC-nin nümayəndəsi izahatında bildirmişdir ki, zavodun ərazisində köhnə kanalizasiya xətti var, həmin xəttin giriş və çıxışı bağlanmasa da istifadə olunmur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekoloğiya və X3 nümayəndəsi tərəfindən əraziyə baxış keçirilmiş, kanalizasiya xəttinin köhnə xəttindən istifadə olunmadığı, müasir kanalizasiya sistemi qurulmasının şahidi olmuşdur. Köhnə kanalizasiya xəttinin sonunda quyu mövcuddur, quyu dolarsa daşıb çaya tökülə bilər. Sızıntı çirkab su deyil, qurunt sularıdır. Köhnə kanalizasiya xətti zavod ərazisində yerləşir, quyu 500 kv.m qəza vəziyyəti üçün nəzərdə tutulub. Məhkəmə iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekoloğiya və X3 nümayəndəsi izahatında bildirmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə Bəxtiyar Məmmədov tərəfindən telefon zəngi olununb. Zavodun köhnə kanalizasiya xəttindən yaxınlıqdakı çaya çirkab axıdılır, üfunət, qoxu sakinləri narahat edir, yerində baxış keçirilmiş, zavodun köhnə kanalizasiya xətti ilə çirkab su çaya axıdılır. Əvvəl həmin yerdə kollektorlar olub, lakin hazırda kollektorlar götürülüb. Fotoşəkillər çəkilmişdir. Ərazidə köhnə kanalizasiyanın çıxışında pomidor qalıqları yığımı aşkar olunmuşdur. Çay təbii su axarıdır, ora kanalizasiya xətti axıdıla bilməz. Zavoda məcburi göstəriş təqdim edilmişdir ki, köhnə kanalizasiya xətlərindən istifadə dayandırılmalıdır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli 27 saylı məktubdan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekoloğiya və X4 “Şəxs” MMC-yə məcburi göstəriş ünvanlamışdır. İş materiallarında olan inzibati xəta haqqında protokoldan, aktdan, foto şəkillərdən, şikayətlərdən və izahatlardan müəyyən olunur ki, “Şəxs” MMC-də formalaşan istehsalat çirkab sularının təmizlənmədən və zərərsizləşdirilmədən təbii su axarına kiçik çaya axıdılması aşkar olunmuşdur. Məhkəmə hesab edir ki, “Şəxs” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, tərtib edilmiş inzibati xəta haqqında protokolla və digər sənədlərlə tam sübuta yetirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128,130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : “Şəxs” MMC (VÖEN -**********) Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə təqsirlibilinsin və barəsində 7500 manat məbləğində inzibati cərimə növündə tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar