Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-805/2022 20.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Xaçmaz rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, M.F.Axundov küçəsi 15 saylı evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-163/2021 saylı 08.06.2021-ci il tarixli icra sənədinə əsasən 15.08.2014-cü il təvəllüdlü X5 və 28.06.2016cı il təvəllüdlü X6 atası Şəxs alınaraq anası X4 verilərək onun yanında saxlanılmalı, 15.08.2014-cü il təvəllüdlü X5 və 28.06.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün onların anasına verildiyi tarixdən başlayaraq Şəxs hər ay hər uşaq üçün 150 manat məbləğində sabit pul şəklində aliment alınaraq X4 verilməsi təmin olunmalıdır. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş göndərilmişdir. İş üzrə borclu Şəxs dəfələrlə icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsada o, icra şöbəsinə gəlməmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-163/2021 saylı 08.06.2021-ci il tarixli icra sənədinə əsasən 15.08.2014-cü il təvəllüdlü X5 və 28.06.2016-cı il təvəllüdlü X6 atası Şəxs alınaraq anası X4 verilərək onun yanında saxlanılmalı, 15.08.2014-cü il təvəllüdlü X5 və 28.06.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün onların anasına verildiyi tarixdən başlayaraq Şəxs hər ay hər uşaq üçün 150 manat məbləğində sabit pul şəklində aliment alınaraq X4 verilməsi təmin olunmalıdır. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş göndərilmişdir. İş üzrə borclu Şəxs dəfələrlə icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsada o, icra şöbəsinə gəlməmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-163/2021 saylı 08.06.2021-ci il tarixli icra sənədinə əsasən 15.08.2014-cü il təvəllüdlü X5 və 28.06.2016-cı il təvəllüdlü X6 atası Şəxs alınaraq anası X4 verilərək onun yanında saxlanılmalı, 15.08.2014-cü il təvəllüdlü X5 və 28.06.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün onların anasına verildiyi tarixdən başlayaraq Şəxs hər ay hər uşaq üçün 150 manat məbləğində sabit pul şəklində aliment alınaraq X4 verilməsi təmin olunmalıdır. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş göndərilmişdir. Əlavə olaraq bildirmişdir ki, o, son iki dəfə xəstə olduğu üçün icra tədbirində iştirak edə bilməyib, lakin həmin vaxt xəstə olmasına dair rəsmi sənədi yoxdur. Əlavə olaraq bildirdi ki, əlilliyi yoxdur. İş materiallarında olan Xaçmaz rayon Təhsil Şöbəsinin 26.08.2021-ci il tarixli 188 saylı məktubundan müəyyən olunur ki, Xaçmaz rayon İcra və Probasiya Şöbəsininicraatında olan Xaçmaz rayon məhkəməsinin 2(067)-163/21 nömrəli, 08.06.2021-ci il tarixli icra sənədinə əsasən 24.08.2021-ci il tarixdə keçirilmiş icra tədbirində Xaçmaz rayon Təhsil Şöbəsinin Qəyyumluq və Himayəçilik orqanının psixiloq metodisti X7 iştirak etmişdir. Psixoloqun iştirakı ilə uşaqlar analarının yanında dindirilmişlər, Psixoloqun müşahidə və tərəflərlə müsahibə zamanı uşaqlar analarına getmək istəmədiklərini bildirsələr də, anaya qarşı kinin olmadığı müşahidə olunmuş, anaya qarşı kinin olmadığı müşahidə olunmuşdur. Anaya qarşı daxili bağlılıq hansısa bir daxili gücün təxyiqi ilə durdurulmağa çalışılması müşahidə olunmuşdur. Buna uşaqların anadan uzun müddət ayrı qalmasından yaranan inciklik, kənar təzyiqlər səbəb ola bilər. Həm 15.08.2014-cü il təvəllüdlü X5, həm də 28.06.2016-cı il tarixli X6 daxili gərginlikdən doğan ananı rədd etməyə çalışsalar da, baxışları, nitqin tonu, manevr və davranışları anaya qarşı bağlılığın yüksək olduğunu göstərmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-571/2021, 27.09.2021-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Xaçmaz rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 03 dekabr 2021-ci il tarixli Aktdan müəyyən olunur ki, icra sənədini əsas tutaraq 03.12.2021-ci il tarixə icra tədbiri təyin edilmiş və bu barədə tərəflərə rəsmi qaydada bildiriş göndərilmişdir. İş üzrə borclu Şəxs rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq icra tədbirində iştirak etməmişdir. Belə olan halda icra tədbiri qeyri müəyyən vaxta təxirə salınmışdır. İş materiallarında olan 09 dekabr 2021-ci il tarixli Aktdan müəyyən olunur ki, icra sənədini əsas tutaraq 09.12.2021-ci il tarixə icra tədbiri təyin edilmiş və bu barədə tərəflərə rəsmi qaydada bildiriş göndərilmişdir. İş üzrə borclu Şəxs rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq icra tədbirində iştirak etməmişdir. Belə olan halda icra tədbiri qeyri müəyyən vaxta təxirə salınmışdır. Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hallar aşağıdakılar hesab edilir: Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1987-ci ildə Xaçmaz rayonunda anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Həbsdə saxlama müddətinin əvvəli 20 aprel 2022-ci il tarixdən, saat 16:45-dən hesablansın. Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulsun) alınsın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-805/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-805/2022
20.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver