Məhkəmə qərarları › İş №3(067)-805/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-805/2023

10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-805/2023 10.07.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X4 Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1989-cu ildə Rusiya Federasiyasının Dağıstan Respublikasının Mahaçqala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Müzəffəroba kəndində qeydiyyatda olmaqla Xaçmaz rayonunun Xudat şəhəri, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs 08 iyul 2023-cü il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvana gələrək sonuncu ilə mübahisə edib ünvanına nalayiq ifadələr işlətməklə Zərərçəkmiş şəxs və ailə üzvlərinin narahatçılığına səbəb olan xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xaçmaz rayon X4 Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı X3 göstərdi ki, Şəxs 08 iyul 2023-cü il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvana gələrək sonuncu ilə mübahisə edib ünvanına nalayiq ifadələr işlətməklə Zərərçəkmiş şəxs və ailə üzvlərinin narahatçılığına səbəb olan xırda xuliqanlıq hərəkətləri etmişdir. Bu səbəbdən Şəxsnun barəsində müvafiq sənədləşmə aparılmışdır. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs göstərdi ki, 08 iyul 2023cü il tarixdə axşam saatlarında qaynatası Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvana ondan ayrı yaşayan uşaqları ilə görüşmək məqsədilə gəlmiş, lakin qaynatası ona uşaqlarla görüşməyə icazə vermədiyindən sadəcə olaraq aralarında mübahisə düşmüş, lakin Zərərçəkmiş şəxs və ailə üzvlərinə qarşı hər hansı hüquqazidd hərəkətlərə yol verməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, inzibati xəta törətmiş şəxs Şəxs onun qızı Şahid keçmiş əri olmaqla son vaxtlar ailə münasibətləri pozulduğundan onlar ayrılmışlar. Qızı uşaqları ilə birlikdə ona məxsus evdə yaşayır. Şəxs tez-tez onun yaşadığı ünvana gələrək onu və ailə üzvlərini narahat edir. Polis şöbəsinə müraciəti əsasında dəfələrlə sahə rəisi Telmanı dəvət edib izahatını alaraq söhbətlər aparsa da heç bir müsbət nəticəsi olmamışdır. Sonuncu dəfə 08 iyul 2023-cü il tarixdə saat 22 radələrində Telman yenidən onun yaşadığı ünvana gələrək gecə vaxtı uşaqları ilə görüşmək istədiyini bildirmiş, lakin o, Telmana uşaqların artıq yatdığını, həm də məhkəmənin icraatında qızı ilə aralarında olan məhkəmə işi yekunlaşdıqdan sonra uşaqlarla sərbəst görüşə biləcəyini bildirdikdə Telman yaşadığı evin həyətində ucadan ünvanına nalayiq ifadələr işlətmiş, mübahisə edib ona hədə-qorxu gəlməklə onu və ailə üzvlərini narahat etmişdir. Şəxs barəsində şikayətçidir və onun barəsində qanuni qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirlən Şahid atası- Zərərçəkmiş şəxs ifadəsi ilə eyni məzmunlu ifadə edrmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 10 iyul 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İnzibati xəta törətmiş şəxs Şəxs Zərərçəkmiş şəxs qarşı hər hansı hüquqazidd hərəkətə yol verməməsi və izahatında irəli sürdüyü bu kimi dəllilər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, onun bu barədə irəli sürdüyü dəlillər özünü müdafiə və məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materiallarında olan 09 iyul 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 09 iyul 2023-ci il tarixdə saat 12:31 radələrində inzibati qaydada tutulmuşdur. Odur ki, Şəxs həbsinin əvvəli 09 iyul 2023-cü il tarixdən saat 12:31-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 07 (yeddi) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsin əvvəli 09 iyul 2023-cü il tarixdən saat 12:31-dən hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar