Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-808/2022 04.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İnzibati protokolu tərtib etmiş şəxs X2, Barəsində inzibati xətaya dair protokol tərtib edilən şəxs oğlunun Şəxs iştirakı ilə xx xxxxxx 1976-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonu Xudat şəhəri 4-cü şöbədə yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Xaçmaz rayon İcra və Probasiya şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün 21 aprel 2022-ci il tarixdə Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələblərin könüllü icrası barədə bildirişlər və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar verilməsinə baxmayaraq o, borclarını ödəməkdən üzürsüz səbəbdən yayınır. Şəxs icra sənədi üzrə borcu 700 manat təşkil edir. Şəxs icra vərəqəsi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi rəsmiləşdirilmiş daşınar və daşınmaz əmlak, pensiya, təqaüd və ya müavinət, həmçinin bankda pul vəsaitləri aşkar edilməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş böyük icra məmuru X3 izahatında bildirdi ki, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ******* saylı, xx.xx.2020ci il tarixli icra sənədinə əsasən Xaçmaz rayonu Xudat şəhəri 4-cü şöbədə yaşayan borclu Şəxs 24 yanvar 2020-ci il tarixdə mərkəzin Xudat meşəbəyliyinin 5 saylı dolayısının ərazisindən 4 ədəd palıd cinsli kök üstə yaş ağacları kəsmiş, AR İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə, 700 (yeddi yüz manat) cərimə olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələblərin könüllü icrası barədə bildirişlər və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, lakin borclu icra sənədlərində göstərilən borclarından heç bir ödəniş etməmişdir. Borclu Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 529.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Borclu barəsində hansı inzibati tənbeh tədbirinin seçilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, Xudat meşəbəyliyinin 5 saylı dolayısının ərazisindən yerə yıxılan palıd cinsli ağacı kəsdiyinə görə meşəbəyi tərəfindən 39,40 (otuz doqquz manat qırx qəpik) məbləğində cərimə edilmişdir. Həmin borc ona meşəbəyi tərəfindən ödətdirilmiş və həmçinin ona bu barədə odəniş qəbzi də verilmişdir. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 700 manat cərimə olunmağı İcra məmuru onu Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə dəvət edərkən ona məlum olmuşdur. 700 manat cərimə ilə razı olmadığından, ödəmək istəmir. Şəxs AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qərarı ilə razı olmadığı üçün qeyd olunan cəriməni ödəməkdən imtina edir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ******* saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Şəxs 700 (yeddi yüz) manat məbləğində cərimə olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanı törətməsi tam sübuta yetirilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, onun barəsində ictimai işlər inzibati tənbeh növü tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 357, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: xx xxxxxx 1976-cı il tarixdə Xaçmaz şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 160 (yüz altmış) saat müddətində ictimai işlər növündə inzibati tənbeh təyin edilsin. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxsin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-808/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-808/2022
04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver