Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-808/2023 14.07.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X8 təhlükəsizlik bölməsinin polis sahə rəisi X2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1983-cü ildə Gürcüstan Respublikasının Bolnisi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Şabran şəhəri, Məmməd Araz küçəsi ev 45 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs torpaq mübahisəsini həll edəcəyinə dair yalan vəd verib aldatmaqla 2023-cü ilin yanvar ayında Xaçmaz rayonu Köhnə-Xudat kənd sakini Zərərçəkmiş şəxs1 ümumilikdə 400 manat pulunu ələ keçirmişdir. Bundan başqa o, özünü vəkil kimi təqdim edib vəkil adından qanunsuz istifadə edərək azyaşlı uşağını himayəsində saxlanması məsələsini həll edəcəyinə dair yalan vəd verib aldatmaqla 2023-cü ilin fevral ayında Xaçmaz rayonu Bayoba kəndində yaşayan Zərərçəkmiş şəxs5 ümumilikdə 500 manat pulunu ələ keçirmişdir. Bundan başqa o, 2023-cü ilin fevral ayında mağazaya aid çıxarışın alınması məsələsini həll edəcəyinə dair yalan vəd verib aldatmaqla Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 33-də yaşayan Zərərçəkmiş şəxs4 ümumilikdə 500 manat pulunu ələ keçirmişdir. Bundan başqa o, 2023-cü ilin mart ayında özünü vəkil köməkçisi kimi təqdim etməklə pulu vəkilə çatdıracağına dair yalan vəd verib aldatmaqla Xaçmaz rayonu Köhnə- Xudat kəndində yaşayan Zərərçəkmiş şəxs2 ümumilikdə 500 manat pulunu ələ keçirmişdir. Bundan başqa o, özünü vəkil kimi təqdim edib vəkil adından istifadə edərək 2023cü ilin aprel ayında məhkəmədə boşanma və digər məsələləri həll edəcəyinə dair yalan vəd verməklə Xaçmaz rayonu Ağaverdioba kəndində yaşayan Zərərçəkmiş şəxs3 ümumilikdə 100 manat pulunu ələ keçirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon X8 təhlükəsizlik bölməsinin polis sahə rəisi X3 göstərdi ki, Şəxs torpaq mübahisəsini həll edəcəyinə dair yalan vəd verib aldatmaqla 2023-cü ilin yanvar ayında Xaçmaz rayonu Köhnə-Xudat kənd sakini Zərərçəkmiş şəxs1 ümumilikdə 400 manat pulunu ələ keçirmişdir. Bundan başqa o, özünü vəkil kimi təqdim edib vəkil adından qanunsuz istifadə edərək azyaşlı uşağını himayəsində saxlanması məsələsini həll edəcəyinə dair yalan vəd verib aldatmaqla 2023cü ilin fevral ayında Xaçmaz rayonu Bayoba kəndində yaşayan Zərərçəkmiş şəxs5 ümumilikdə 500 manat pulunu ələ keçirmişdir. Bundan başqa o, 2023-cü ilin fevral ayında mağazaya aid çıxarışın alınması məsələsini həll edəcəyinə dair yalan vəd verib aldatmaqla Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 33-də yaşayan Zərərçəkmiş şəxs4 ümumilikdə 500 manat pulunu ələ keçirmişdir. Bundan başqa o, 2023-cü ilin mart ayında özünü vəkil köməkçisi kimi təqdim etməklə pulu vəkilə çatdıracağına dair yalan vəd verib aldatmaqla Xaçmaz rayonu Köhnə-Xudat kəndində yaşayan Zərərçəkmiş şəxs2 ümumilikdə 500 manat pulunu ələ keçirmişdir. Bundan başqa o, özünü vəkil kimi təqdim edib vəkil adından qanunsuz istifadə edərək 2023-cü ilin aprel ayında məhkəmədə boşanma və digər məsələləri həll edəcəyinə dair yalan vəd verməklə Xaçmaz rayonu Ağaverdioba kəndində yaşayan Zərərçəkmiş şəxs3 ümumilikdə 100 manat pulunu ələ keçirmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi aparılmış araşdırma zamanı öz təsdiqini tapdığından barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmədə izahat vermiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edərək bildirdi ki, həqiqətən 2023-cü ilin yanvar ayında Xaçmaz rayonu Köhnə-Xudat kənd sakini Zərərçəkmiş şəxs1 torpaq məsələsini həll etmək adı ilə ümumilikdə 400 manat pul almış, lakin işi tam həll edə bilməmişdir. Bundan başqa o, 2023-cü ilin fevral ayında Xaçmaz rayonu Bayoba kəndində yaşayan Zərərçəkmiş şəxs5 özünü vəkil kimi təqdim edib azyaşlı uşağını himayəsində saxlanması məsələsini həll edəcəyinə dair vəd verib ümumilikdə 500 manat pulunu almış və işi həll edə bilməmişdir. Bundan başqa o, 2023-cü ilin fevral ayında mağazaya aid çıxarışın alınması məsələsini həll edəcəyinə dair vəd verib Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 33-də yaşayan Zərərçəkmiş şəxs4 ümumilikdə 500 manat pulunu almış, lakin həmin şəxsin də işi alınmamışdır. Bundan başqa 2023-cü ilin mart ayında özünü vəkil köməkçisi kimi təqdim etməklə pulu vəkilə çatdıracağına dair vəd verib Xaçmaz rayonu Köhnə-Xudat kəndində yaşayan Zərərçəkmiş şəxs2 ümumilikdə 500 manat pulunu ələ keçirmişdir. Bundan başqa o, özünü vəkil kimi təqdim edib vəkil adından istifadə edərək 2023-cü ilin aprel ayında məhkəmədə boşanma və digər məsələləri həll edəcəyinə dair vəd verməklə Xaçmaz rayonu Ağaverdioba kəndində yaşayan Zərərçəkmiş şəxs3 ümumilikdə 100 manat pulunu ələ keçirmişdir. Həmin şəxslərin pulunu vaxtında qaytara bilmədiyindən onlar onun barəsində şikayət etmişlər. Zərərçəkmiş şəxslərin ziyanını tam şəkildə ödəməyə hazırdır. Barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh təyin edilməsini xahiş edir. Məhkəmədə izahat vermiş Zərərçəkmiş şəxs2 göstərdi ki, sabiq əri Şaiq Xəlilov onun alimentini ödəmədiyindən Xaçmaz rayon 2022-ci ilin sonlarında Xaçmaz rayon Vəkil Bürosunun vəkili Şahin Müətllimova müraciət etmiş, vəkil Şahin Mütəllimov bu məsələnin həll edilməsi üçün onunla müqavilə bağlanmalı olduğunu, müqavilənin haqqının 500 manat olduğunu bildirmişdir. Üzərində həmin məbləğdə pul olmadığından başqa vaxt gəlib pulu verəcəyini demişdir. Sonrada 2 dəfə Xaçmaz rayon Vəkil Bürosuna gəlsə də Şahin Mütəllimovu tapa bilməmiş, 2023-cü ilin fevral ayında Xaçmaz rayon Vəkil Bürosuna gəldikdə Şəxs özünü vəkil köməkçisi kimi təqdim edərək pulu vəkilə çatdıracağına dair vəd verib ondan 500 manat pulunu almışdır. Sonradan babasının vəfat etməsinə görə bu işlərlə maraqlana bilməmiş, 2023-cü ilin iyul ayında Vəkil Bürosuna Şahin müəllimin qəbuluna gəlib işi ilə maraqlandıqda sonuncu 500 manat məbləğində pulun ona verilmədiyini, Namiqin onu aldatmasını bildirmişdir. Bu səbəbdən o, Namiq barəsində polis şöbəsinə şikayət etmişdir. Hazırda Şəxs onun 500 manat pulunu qaytarsa da yenə də onun barəsində şikayətçidir. Məhkəmədə izahat vermiş Zərərçəkmiş şəxs1 göstərdi ki, Şəxs 2023-cü ilin yanvar ayında Xaçmaz rayonunun Köhnə-Xudat kəndi ərazisində yerləşən torpaq mübahisəsini məhkəmədə həll edəcəyi adı ilə ondan ümumilikdə 550 manat pulunu almış və heç bir işini həll etmədiyindən Xaçmaz rayon Polis Şöbəsinə şikayət etmişdir. Hal-hazırda Şəxs onun ziyanını ödəmişdir. İş üzrə qanuni qərar çıxarılmasını xahiş edir. Məhkəmədə izahat vermiş Zərərçəkmiş şəxs3 göstərdi ki, Şəxs 2023-cü ilin aprel ayında məhkəmədə boşanma və digər məsələləri həll edəcəyinə dair vəd verməklə 135 manat pulunu almış və heç bir köməklik etmədiyindən aldadıldığını başa düşərək polis şöbəsinə şikayət etmişdir. Hazırda Şəxs onun ziyanını ödədiyindən ondan şikayətçi deyildir. Məhkəmədə izahat vermiş zərərçəkmiş şəxs X1 göstərdi ki, Şəxs 2023-cü ilin fevral ayında özünə məxsus Xaçmaz şəhərin ərazisində yerləşən sənədləri tam hazır olmayan mağazaya aid çıxarışın alınması məsələsini həll edəcəyinə dair vəd verib aldatmaqla 500 manat pulunu almış və heç bir köməklik etmədiyindən aldadıldığını başa düşərək polis şöbəsinə şikayət etmişdir. Hazırda Şəxs onun ziyanını ödədiyindən ondan şikayətçi deyildir. Məhkəmədə şahid qismində dindirilən Xaçmaz rayon Vəkil Bürosunun müdiri X4 göstərdi ki, həqiqətən Şəxs torpaq mübahisəsini həll edəcəyinə dair yalan vəd verib aldatmaqla 2023-cü ilin yanvar ayında Xaçmaz rayonu Köhnə-Xudat kənd sakini Zərərçəkmiş şəxs1 ümumilikdə 400 manat pulunu ələ keçirmişdir. Bundan başqa o, özünü vəkil kimi təqdim edib vəkil adından qanunsuz istifadə edərək azyaşlı uşağını himayəsində saxlanması məsələsini həll edəcəyinə dair yalan vəd verib aldatmaqla 2023-cü ilin fevral ayında Xaçmaz rayonu Bayoba kəndində yaşayan Zərərçəkmiş şəxs5 ümumilikdə 500 manat pulunu ələ keçirmişdir. Bundan başqa o, 2023-cü ilin fevral ayında mağazaya aid çıxarışın alınması məsələsini həll edəcəyinə dair yalan vəd verib aldatmaqla Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 33-də yaşayan Zərərçəkmiş şəxs4 ümumilikdə 500 manat pulunu ələ keçirmişdir. Bundan başqa o, 2023-cü ilin mart ayında özünü vəkil köməkçisi kimi təqdim etməklə pulu vəkilə çatdıracağına dair yalan vəd verib aldatmaqla Xaçmaz rayonu Köhnə-Xudat kəndində yaşayan Zərərçəkmiş şəxs2 ümumilikdə 500 manat pulunu ələ keçirmişdir. Bundan başqa o, özünü vəkil kimi təqdim edib vəkil adından qanunsuz istifadə edərək 2023-cü ilin aprel ayında məhkəmədə boşanma və digər məsələləri həll edəcəyinə dair yalan vəd verməklə Xaçmaz rayonu Ağaverdioba kəndində yaşayan Zərərçəkmiş şəxs3 ümumilikdə 100 manat pulunu ələ keçirmişdir. Həmin vətəndaşlar ona bu barədə müraciət etdikdə o, Şəxs barəsində aidiyyatı orqanlara müraciət etmələrini tövsiyyə etmişdir. İş materiallarında olan Xaçmaz rayon X7 Bölməsinin müstəntiqi, polis kapitanı Şəhriyar Kərimlinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 iyul 2023-cü il tarixli qərarından müəyyən olunur ki, Şəxs torpaq mübahisəsini həll edəcəyinə dair yalan vəd verib aldatmaqla 2023-cü ilin yanvar ayında Xaçmaz rayonu Köhnə-Xudat kənd sakini Zərərçəkmiş şəxs1 ümumilikdə 400 manat pulunu, bundan başqa özünü vəkil kimi təqdim edib vəkil adından qanunsuz istifadə edərək azyaşlı uşağını himayəsində saxlanması məsələsini həll edəcəyinə dair yalan vəd verib aldatmaqla 2023-cü ilin fevral ayında Xaçmaz rayonu Bayoba kəndində yaşayan Zərərçəkmiş şəxs5 ümumilikdə 500 manat pulunu, bundan başqa 2023-cü ilin fevral ayında mağazaya aid çıxarışın alınması məsələsini həll edəcəyinə dair yalan vəd verib aldatmaqla Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 33-də yaşayan Zərərçəkmiş şəxs4 ümumilikdə 500 manat pulunu, bundan başqa 2023-cü ilin mart ayında özünü vəkil köməkçisi kimi təqdim etməklə pulu vəkilə çatdıracağına dair yalan vəd verib aldatmaqla Xaçmaz rayonu Köhnə-Xudat kəndində yaşayan Zərərçəkmiş şəxs2 ümumilikdə 500 manat pulunu və bundan başqa özünü vəkil kimi təqdim edib vəkil adından istifadə edərək 2023-cü ilin aprel ayında məhkəmədə boşanma və digər məsələləri həll edəcəyinə dair yalan vəd verməklə Xaçmaz rayonu Ağaverdioba kəndində yaşayan Zərərçəkmiş şəxs3 ümumilikdə 100 manat pulunu ələ keçirməsi faktları üzrə barəsində cinayət işi başlanması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məhkəməyə təqdim etdikləri qəbzlərdən görünür ki, onlara dəymiş zərər Şəxs tərəfindən ödənilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin izahatı, şahid ifadəsi, cinayət işi başlanmasının rədd edilməsi barədə qərar, inzibati xəta haqqında protokol və digər iş materialları ilə təmamilə sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı ödəməsini məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcələnin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Azerbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə- yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Odur ki, Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Qərarın icrası Şəxs yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, ona 200 (iki yüz) saat ictimai işlər inzibati tənbeh növü təyin edilsin. İctimai işlər növiində inzibati tənbeh tətbiq olunmuş Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Şəxs yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №3(067)-808/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-808/2023
14.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver