Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-81/2021 08.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun, Xaçmaz rayon İcra və probasiya şöbəsinin icra məmuru Adığözəlov Faqil Həsən oğlunun, Zərərçəkən şəxslər X4 və X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, DƏDRX-nin 5 saylı X7 tərəfindən Sumqayıt Apellyasiya məhkəməsinin 2(105)- 324/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədini icra etmir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, DƏDRX-nin 5 saylı X7 tərəfindən Sumqayıt Apellyasiya məhkəməsinin 2(105)- 324/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsini icra etmir. Məhkəmə iclasında zərərçəkən şəxs X2izahatında bildirmişdir ki, DƏDRX-nin 5 saylı X7 tərəfindən Sumqayıt Apellyasiya məhkəməsinin 2(105)- 324/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsini icra etmir. Məhkəmə iclasında zərərçəkən şəxs X5 oğlu izahatında bildirmişdir ki, DƏDRX-nin 5 saylı X7 tərəfindən Sumqayıt Apellyasiya məhkəməsinin 2(105)- 324/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsini icra etmir. İş materiallarından müəyyən olunur ki, icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişi barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə təqdim edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1.-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin xx xxxxxx 2021-ci il tarixli, **********92 saylı məktubundan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(105)-324/2019 saylı qətnaməsində ləğv edilmiş dövlət aktları əsasında verilmiş torpaq sahələrinə dair dövlət reyestrindən çıxarışların ləğv olunubolunmamsına məhkəmə qətnaməsinə münasibət bildirilməmişdir. Göstərilənləri nəzərə alaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(105)-324/2019 saylı qıtnaməsinə izah verilməsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinə məktub göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsindən 5 saylı X6 daxil olmuş məktuba əsasən xx xxxxxxxx 2019-cu il tarixli, 2(105)-324/2019 saylı qətnaməyə izah verilməsi barədə ərizə təmin edilməmişdir. Qeyr olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə inzibati xəta hadisəsi baş verməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə sübuta yetirilmədiyindən onun barəsində başlanılmış inizibati xəta üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128, 130 cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlamış inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-81/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-81/2021
08.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver