Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-811/2023 28.07.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 iştirakı ilə xx xxxxxx 1983-cü ildə Gürcüstan Respublikasının Bolnisi şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Şabran şəhəri, Məmməd Araz küçəsi ev 45 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 399-cu maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs özünü vəkil kimi təqdim edib vəkil adından qanunsuz istifadə edərək torpaq mübahisəsini həll edəcəyinə dair yalan vəd verib aldatmaqla 2023-cü ilin yanvar ayında Xaçmaz rayonu Köhnə-Xudat kənd sakini X5 ümumilikdə 400 manat pulunu, bundan başqa azyaşlı uşağını himayəsində saxlanması məsələsini həll edəcəyinə dair yalan vəd verib aldatmaqla 2023-cü ilin fevral ayında Xaçmaz rayonu Bayoba kəndində yaşayan X1 ümumilikdə 500 manat pulunu, bundan başqa 2023-cü ilin fevral ayında mağazaya aid çıxarışın alınması məsələsini həll edəcəyinə dair yalan vəd verib aldatmaqla Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 33-də yaşayan X2 ümumilikdə 500 manat pulunu, bundan başqa 2023-cü ilin mart ayında özünü vəkil köməkçisi kimi təqdim etməklə pulu vəkilə çatdıracağına dair yalan vəd verib aldatmaqla Xaçmaz rayonu Köhnə-Xudat kəndində yaşayan X3 ümumilikdə 500 manat pulunu, bundan başqa 2023-cü ilin aprel ayında məhkəmədə boşanma və digər məsələləri həll edəcəyinə dair yalan vəd verməklə Xaçmaz rayonu Ağaverdioba kəndində yaşayan X4 ümumilikdə 100 manat pulunu ələ keçirməklə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada vəkil statusu əldə etmədən gəlir əldə etməklə vəkil adından istifadə etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 399-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs və Xaçmaz rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq inzibati xəta protokolu tərtib etmiş orqanın nümayəndəsi və barəsində protokol tərtib olunmuş şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 399-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, tərtib edilmiş inzibati xəta haqqında protokol və digət iş materialları il\ tamamilə sübuta yetirilir və o, həmin maddə üzrə təqsirli bilinməlidir. Belə ki, İş materiallarında olan Xaçmaz rayon X11 Bölməsinin müstəntiqi, polis kapitanı Şəhriyar Kərimlinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 iyul 2023-cü il tarixli qərarından müəyyən olunur ki, Şəxs özünü vəkil kimi təqdim edib vəkil adından qanunsuz istifadə edərək torpaq mübahisəsini həll edəcəyinə dair yalan vəd verib aldatmaqla 2023-cü ilin yanvar ayında Xaçmaz rayonu Köhnə-Xudat kənd sakini X5 ümumilikdə 400 manat pulunu, bundan başqa azyaşlı uşağını himayəsində saxlanması məsələsini həll edəcəyinə dair yalan vəd verib aldatmaqla 2023-cü ilin fevral ayında Xaçmaz rayonu Bayoba kəndində yaşayan X1 ümumilikdə 500 manat pulunu, bundan başqa 2023-cü ilin fevral ayında mağazaya aid çıxarışın alınması məsələsini həll edəcəyinə dair yalan vəd verib aldatmaqla Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 33də yaşayan X2 ümumilikdə 500 manat pulunu, bundan başqa 2023-cü ilin mart ayında özünü vəkil köməkçisi kimi təqdim etməklə pulu vəkilə çatdıracağına dair yalan vəd verib aldatmaqla Xaçmaz rayonu Köhnə-Xudat kəndində yaşayan X3 ümumilikdə 500 manat pulunu, bundan başqa 2023-cü ilin aprel ayında məhkəmədə boşanma və digər məsələləri həll edəcəyinə dair yalan vəd verməklə Xaçmaz rayonu Ağaverdioba kəndində yaşayan X4 ümumilikdə 100 manat pulunu ələ keçirməklə gəlir əldə əldə edib vəkil adından istifadə etməsi faktları üzrə barəsində cinayət işi başlanması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 399-cu maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsinin mümkünlüyünü nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 399-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 399-cu maddəsi ilə təqsirli bilinərək, onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №3(067)-811/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-811/2023
28.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver