Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-816/2020 07.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X10, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, ünvan 1 ünvanında yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq m üəyyən etdi : Şəxs xx xxxxx 2020-ci il tarixdə Xaçmaz şəhər sakini X14 məxsus marketdən 300 manat dəyərində müxtəlif növ tütün məmulatlarını, xx xxxxx 2020-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X7 məxsus Qazel markalı avtomaşının üzərindən 80 manat dəyərində 1 ədəd akkumulyatoru, xx xxxx 2020-ci il tarixdə Şabran şəhəri, M.Əsədov küçəsində yaşayan X1 şəbəkə vasitəsi ilə paltar almaq məqsədi ilə onun 48 manat pulunu mənimsəmiş, xx xxxx 2020-ci il tarixdə ünvan 3 ünvanında yaşayan X11 məxsus ünvan 4 ünvanında yerləşən Xəzər marketdən ümumilikdə 78 manat 40 qəpik dəyərində 12 ədəd stəkanı, xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə keçən gecə ünvan 5 ünvanında yaşayan Orucəliyeva Gülçöhrə Nürəddin qızına məxsusu evi həyətindən 8 ədəd toyuqlarını, xx xxxx 2020-ci il tarixdə X4 məxsus Xaçmaz şəhəri, A.Səlimov küçəsində yerləşən evindən 50 manat dəyərində Samovarı və 40 manat dəyərində xalacanı, xx xxxx 2020-ci il tarixdə Elmira Dadaşovaya məxsus ünvan 6 ünvanda yerləşən hər birinin qiyməti 10 manat olan dəmir vedrələri, xx xxxx 2020-ci il tarixdə Xaçmaz şəhəri, H.Aslanov küçəsi, dalan 1, ev 4-də yaşayan X6 məxsus dükandan 1 ədədinin qiyməti 6 manat 90 qəpik olan 3 ədəd Şampun, 1 ədədinin qiyməti 5 manat olan 1 ədəd “Rexsona” və 1 ədədinin qiyməti 4 manat 20 qəpik olan 2 ədəd digər “Rexsona”nı, xx xxxxxx 2020-ci il tarixdə ünvan 7 ünvanında yaşayan X16 məxsus Xaçmaz şəhər Vağzal küçəsində yerləşən “Elvin” kafesindən 4 ədəd qazan, 1 ədəd soyuducu motoru və 1 ədəd peyk antenasının aparatını oğurlamışdır. Məhkəmədə izahat vermiş Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə bildirmişdir ki, o, həqiqətən maddi imkansızlıqdan xx xxxxx 2020-ci il tarixdə Xaçmaz şəhər sakini X14 məxsus marketdən 300 manat dəyərində müxtəlif növ tütün məmulatlarını, xx xxxxx 2020ci il tarixdə ünvan 2 ünvanında yaşayan X7 məxsus Qazel markalı avtomaşının üzərindən 80 manat dəyərində 1 ədəd akkumulyatoru, xx xxxx 2020-ci il tarixdə Şabran şəhəri, M.Əsədov küçəsində yaşayan X1 şəbəkə vasitəsi ilə paltar almaq məqsədi ilə onun 48 manat pulunu mənimsəmiş, xx xxxx 2020-ci il tarixdə ünvan 3 ünvanında yaşayan X11 məxsus ünvan 4 ünvanında yerləşən Xəzər marketdən ümumilikdə 78 manat 40 qəpik dəyərində 12 ədəd stəkanı, xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə keçən gecə ünvan 5 ünvanında yaşayan Orucəliyeva Gülçöhrə Nürəddin qızına məxsusu evi həyətindən 8 ədəd toyuqlarını, xx xxxx 2020-ci il tarixdə X4 məxsus Xaçmaz şəhəri, A.Səlimov küçəsində yerləşən evindən 50 manat dəyərində Samovarı və 40 manat dəyərində xalacanı, xx xxxx 2020-ci il tarixdə Elmira Dadaşovaya məxsus ünvan 6 ünvanda yerləşən hər birinin qiyməti 10 manat olan dəmir vedrələri, xx xxxx 2020-ci il tarixdə Xaçmaz şəhəri, H.Aslanov küçəsi, dalan 1, ev 4-də yaşayan X6 məxsus dükandan 1 ədədinin qiyməti 6 manat 90 qəpik olan 3 ədəd Şampun, 1 ədədinin qiyməti 5 manat olan 1 ədəd “Rexsona” və 1 ədədinin qiyməti 4 manat 20 qəpik olan 2 ədəd digər “Rexsona”nı, xx xxxxxx 2020-ci il tarixdə ünvan 7 ünvanında yaşayan X16 məxsus Xaçmaz şəhər Vağzal küçəsində yerləşən “Elvin” kafesindən 4 ədəd qazan, 1 ədəd soyuducu motoru və 1 ədəd peyk antenasının aparatını oğurlamışdır. Qeyd olunan oğurluq hadisələri ilə əlaqədar sonradan Xaçmaz rayon Polis Şöbəsinə dəvət edilmişdir. Polis Şöbəsində aparılan sorğu zamanı o, törətmiş olduğu oğurluq hadisələrini etiraf etmişdir. Zərər çəkmiş şəxslərə vurmuş olduğu zərəri ödəyəcəkdir. Barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X12 xx xxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində material üzrə cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X8 xx xxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X9 xx xxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X12 xx xxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X12 xx xxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X2 xx xxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X9 xx xxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru X5 xx xxxxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru X5 xx xxxxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirirək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs inzibati xəta əməlini törətməsini, törətdiyi xətanı etiraf edib səmimi peşmançılıq hissi keçirməsini məsuliyyətini yüngülləşdirən hal kimi, eləcə də məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcələsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan tənbehlərdən ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, ona 200 (iki yüz) saat ictimai işlər inzibati tənbeh növü təyin edilsin. Qərarın icrası Şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №3(067)-816/2020
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-816/2020
07.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver