Məhkəmə qərarları › İş №3(067)-818/2020

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-818/2020

08.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-818/2020 08.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1975-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi üzrə tərtib edilmiş materialdan görünür ki, o, Xaçmaz rayon məhkəməsinin 3(067)-662 nömrəli xx.xx.2014-cü il tarixli icra sənədini üzürsüz səbəbdən icra etmir və 500 manat cərimə ödəmədiyindən Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə barəsində Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə məsuliyyət nəzərdə tutan protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında törətdiyi inzibati xətanı etiraf edərək izahatında törətdiyi əməldən peşman olduğunu bildirmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 3(067)-662 nömrəli xx.xx.2014-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 38-1-ci maddəsinə əsasən 500 (beş yüz) manat cərimə olunmuşdur. İş materiallarından görünür ki, ona icraata başlama haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş xəbərdarlıq göndərilmiş və izahat alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi inzibati xəta tam sübuta yetirilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, onun barəsində ictimai işlər inzibati tənbeh növü tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128, 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1975-ci ildə Xaçmaz rayonunda anadan olan Şəxs Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 240 (iki yüz qırx) saat müddətində ictimai işlər növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar