Məhkəmə qərarları › İş №3(067)-819/2020

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-819/2020

02.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-819/2020 02.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, Şəxs-nin direktoru X2 iştirakı ilə, «Tofiq oğlu Tibb Mərkəzi» Məhdud Məsuliyyətli Cəmiyyəti haqqında Azərbaycan Respublikası İXM-nin 218-ci maddəsi ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti haqqında Azərbaycan Respublikası İXM-nin 218-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Məhkəmədə izahat vermiş Şəxs-nin direktoru X3 ifadə verərək göstərmişdir ki, o, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti haqqında tərtib olunmuş qərar ilə razı olmadığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən plandankənar (növbəti) yoxlamanın keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli 85 saylı qərardan müəyyən olunur ki, Şəxs-də plandankənar yoxlama keçirilmişdir. xx xxxxxxxx 2020-ci il tarixli 13 saylı yoxlama aktına əsasən yoxlama zamanı universal təhlükəsizlik qaydalarının pozulması aşkar edilmişdir. Belə ki, sterilizasiya otağının cari təmirə ehtiyacıvar, sterilizasiya jurnalı baxış üçün təqdim edilməmiş, steril materialların üzərində sterilləmə vaxtı barədə qeydlər aşkar edilməmiş, otaqda yerləşdirilən paketləmə, avtoklav qurulama qurğularının cari sdtandartlaşdırılması həyata keçirilməmiş, açıq pəncərə olduğundan sterilləmə pozulmuşdur.Akt digərr iştirakçılarla yanaşı müəssisənin baş həkimi Əhməd Əhmədov tərəfindən də təsdiq edilmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərb.Res-sı İXM-nin 218-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, həmçinin, iş üzrə tərtib edilmiş inzibati xəta haqqında xx xxxxxxxx 2020-ci il tarixli protokolla tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində cərimə inzibati tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 218-ci maddəsi ilə təqsirli bilinərək, 2000 (iki min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN XƏLİLOV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar