Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-819/2021 25.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsi hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Tağıyev Natiq Əkbər oğlunun katibliyi, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 iştirakları ilə, xx.xx.1977-ci ildə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Xaçmaz rayonu, Xudat şəhəri, K.Zavod qəs. Ev 11 mən 2 yaşayan Şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-cı maddəsi ilə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz Rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib olunmuş 25.08.2021-ci il tarixli, MN № ******* saylı protokola əsasən Xaçmaz rayon Məhkəməsinin 2(067)- 1680/2020 saylı icra sənədini qərəzli olaraq icra etməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmədə izahat verən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi xətanı etiraf etməyib göstərdi ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)- 1680/2020 saylı icra sənədinə əsasən X2 Ruslan Hacıbala oğluna məxsus olan ünvan 1 ünvanındakı 2 saylı mənzilin bir otağına köçürülmüşdür. Onun istifadəsində hazırda 1 yataq otağı və 1 zal qalmışdır. Özünün evlidir və himyəsində 2 azyaşlı uşağı var. X6 1-ci qrup əlildir və o özünü tam idarə edə bilmir. Həyat yoldaşının isə onun qulluğunda dayanmasını istəmir. Hazırda isə X6 həmin mənzilin 1 otağında yaşayır və onun üçün qeyd olunan otağın yanında da mətbəx üçün şərait yaradılmışdır. Hətta onun yaşadığı otaq hazırda sanitar qovşağına daha yaxındır. Lakin buna baxmayaraq X6 evin bütün otaqlarından istifadə etmək istəyir, bu isə yolverilməzdir və onun ailəsinin rahatlığını pozur. O, Xaçmaz rayon Məhkəməsinin 2(067)-1680/2020 saylı icra sənədinin icrasına heç bir maneçilik törətməmişdir və icra vərəqi icra olunmuşdur. Ona görə də, özünü təqsirli bilmir və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə izahat verən Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 bildirdi ki, qeyd olunan 2(067)-1680/2020 saylı icra vərəqəsinə əsasən ünvan 1 ünvanındakı 2 saylı mənzildə olmuşdur. X1 evdən tam istifadə etmək istəyir, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs buna razılıq vermir. Şəxs evdəki otaqların birini zərərçəkmişə verir və digər otaqlarda özünün ailəsi ilə qaldığını bildirir, ona görə də onun həmin otaqlardan istifadə etməsinə razı deyil. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və icra məmurununizahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə sübuta yetirilmir. Belə ki, iş materiallarından Xaçmaz rayon Məhkəməsinin 2(067)-1680/2020 saylı icra sənədinə əsasən X2 Ruslan Hacıbala oğluna məxsus olan ünvan 1 ünvanındakı 2 saylı mənzilin bir otağına köçürüldüyü, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra sənədinin icrasına heç bir maneə yaradılmadığı müəyyən edilir. Bu halı Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 da məhkəmə iclasında verdiyi izahatında təsdiq etmişdir. Hazırda mübahisə tələbkar X3 evin bütün otaqlarından istifadə etməsi ilə bağlıdır. Bu isə Xaçmaz rayon Məhkəməsinin 2(067)-1680/2020 saylı icra sənədində nəzərdə tutulmamışdır və icra sənədinin mahiyyətinə uyğun deyil. Ona görə də məhkəmə, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-cı maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə icraata xitam verilməli olduğunu hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa konnvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı iş»də (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasın və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini «"xxxx" MMC Rusiya Federasiyasma qarşı» işdə (14 iyun 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "Roseltrans» ASC Rusiya Federasiyasına qarşı" (21 iyul 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir Yuxarıda göstərilənlərə əsasən və Azərb. Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi olmadığından onun barəsində olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №3(067)-819/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-819/2021
25.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver