Məhkəmə qərarları › İş №3(067)-819/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-819/2023

18.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-819/2023 18.07.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1996-cı ildə Xaçmaz rayonunun Bay-oba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Bay-oba kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs 08 iyun 2023-cü il tarixdə saat 12 radələrində Xaçmaz rayonunun Bay-oba kəndində yerləşən həyətyanı torpaq sahəsində şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunu əlindəki ağac çubuqla sol çiyin, sol bazu və sağ said nahiyyələrindən vuraraq sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə qəsdən onu döymüşdür. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, 2015-ci ildə atası Əfqan Xanəhmədov Zərərçəkmiş şəxs 4500 manata yaxın pul borclu olduğundan yaşadıqları Xaçmaz rayonunun Bay-oba kəndindəki 8,5 sot torpaq sahələrini Oktaya vermiş, Oktay 2017-ci ildə həmin torpaq sahəsini öz baldızı Solmazın adına rəsmiləşdirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs onlara borcu qaytardıqda torpaq sahəsini geri qaytaracağını bildirmişdir. 2019-cu ildə onlar Oktaya borcu qaytarmaq istədiklərini bildirməklə torpaq sahələrini geri istəmişlər. Lakin Oktay bundan imtina etdiyindən onların arasında həmin vaxtdan etibarən mübahisələr başlamışdır. Sonuncu mübahisə 08 iyun 2023-cü il tarixdə saat 12 radələrində həmin torpaq sahəsində baş vermiş, Oktayı çubuqla qorxudaraq itələyib torpaq sahəsindən çıxarmışdır. Hərəkətlərindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, 2015-ci ildə inzibati xəta törətmiş şəxs Şəxs atası Əfqan Xanəhmədov ona pul borclu olduğundan və pulu qaytara bilmədiyindən Xaçmaz rayonunun Bay-oba kəndindəki 85 sot torpaq sahəsini razılıq əsasında onlardan borc əvəzi alaraq istifadə etməyə başlamış və sonradan torpaq sahəsini baldızı Solmaz Xalıqovanın adına rəsmiləşdirişdir. Lakin 2019cu ildən başlayaraq Seymur və ailə üzvləri həmin torpaq sahəsinə iddia irəli sürərək həmin torpaq sahəsini zəbt edib torpaq sahəsindən ona istifadə etməyə imkan verməmişlər. Dəfələrlə bu zəmində mübahisələri olmuşdur. Sonuncu dəfə 08 iyun 2023-cü il tarixdə saat 12 radələrində o, bağ sahəsinə getdikdə Seymurun və anası Simanın bağ sahəsində olan gilas ağacının meyvələrini yığdığını görmüş, buna görə onlara iradını bildirdikdə Seymur və Sima onunla mübahisə edib üzərinə hücum çəkmiş, Seymur onu nalayiq söyüşlərlə söyüb, əlinə aldığı ağac parçası ilə onun bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə zərbə vurub xəsarət yetirərək bağ sahəsindən qovmuşdur. Buna görə o, Xaçmaz rayon Polis Şöbəsinə gedərək şikayət ərizəsi vermişdir. Şəxs barəsində şikayətçidir və onun barəsində qanuni qərar çıxarılmasını xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, cinayət işi başlanmasının rədd edilməsi barədə 18 iyun 2023-cü il tarixli qərar, tərtib olunmuş inzibati xəta haqqında 18 iyul 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi barədə 18 iyun 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Xaçmaz rayon Polis Şöbəsinə müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından həmin xüsusat üzrə Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin (döymə) tərkibi əlamətləri olduöundan onun barəsində inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surətinin Xaçmaz rayon X2 təhlükəsilik bölməsinə göndərilməsi qərara alınmışdır. Həmçinin cinayət işi başlanmasının rədd edilməsi barədə 18 iyun 2023-cü il tarixli qərarda istinad olunan, tədqiqat materialı üzrə alınmış Xaçmaz rayon Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsinin xx.xx.2023-cü il tarixli, 283 saylı canlı şəxsin ekspertizasına dair ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- sol çiyin, sol bazu və sağ said nahiyyələrinin qançırı bərk küt əşya (əşyalar) təsirindən yönəlməklə 08 iyun 2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs ilk dəfə inzibatə xəta törətməsi və törətdiyi xətada özünü təqsirli bilməklə hərəkətlərindən peşman olması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti ağırlaşdıran halların olmamasını, onun cəmiyyətdən təcrid edilməməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar