Məhkəmə qərarları › İş №3(067)-820/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-820/2025

02.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-820/2025 02.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, qərarından şikayət verilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsinin nümayəndəsi Nümayəndə, X1nun iştirakları ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsinin rəisi, polkovnik-leytenant Ceyhun Əsədovun 13 may 2025-ci il tarixli, MN seriyalı, 1602675nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X5 şikayətinə və ona əlavə edilmiş materiala baxaraq, müəyyənetdi: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsinin rəisi, polkovnik-leytenant Ceyhun Əsədovun 13 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarınınləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət XidmətininXaçmaz rayon Şöbəsinin inzibati tənbeh vermə haqqında 13 may 2025-cü il tarixli MN № ******* saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 606.3-cü maddəsinə əsasən 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Qərarın surəti ona poçt vasitəsi ilə xx.xx.2025-ci il tarixdə göndərilmiş və o, şikayət vermə müddətini ötürməmişdir. Aşağıda şərh olunanlara əsasən qərarla razı deyil, hesab edir ki, həmin qərar ləğv edilməli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qərarda qeyd olunur ki, hərbi vəzifəli X7 müvafiq toplanışda hərbi hissəyə təhkim edilməsi ilə əlaqədar üzrlü səbəb olmadan gəlmədiyinə görə 300 manat cərimə edilmişdir. Qeyd etmişdir ki, 30 aprel 2025-ci il tarixdə o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsinə gəldikdən sonra 01 may 2025-ci il tarixə toplanışla bağlı bildiriş verilmişdir. 01 may 2025-ci ildə, səhər saat 6-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsində təşkil edilmiş avtobusla o, Ağcabədi şəhərinə doğru cərimə yazmış dövlət orqanının işçiləri ilə birgə yola düşmüşdür. Ağcabədi rayonuna çatan zaman onları aparmış zabitlər onların ehtiyatda olduqlarını bildirərək toplanışa ehtiyac qalmadığını və geri qayıdacaqlarını bildirmişdir. O da, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsi tərəfindən təşkil edilmiş avtobusla geri qayıtmışdır. Ona niyə və nə üçün cərimə yazıldığını anlamamışdır. Bu səbəbdən də, onun İXM-nın 606.3-cü maddəsi ilə inzibati tənbehə məruz qalması əsaslı hesab edilə bilməz. Göründüyü kimi tərtib edilmiş inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qanuni və əsaslı deyildir. Göstərilənləri nəzərə alaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsinin inzibati tənbeh vermə haqqında 13 may 2025-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs izahat verərək bildirmişdir ki, ona Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətindən zəng gəlsə də, kimin zəng etdiyini bilmədiyi üçün telefon zənglərinə cavab verməmişdir. Sonradan ona Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətindən 300 manat məbləğində cərimə olunmağı barədə məktub göndərilmişdir. Ona rəsmi şəkildə bildiriş təqdim edilmədiyi üçün çağırışa getməmişdir. Əlavə olaraq bildirmişdir ki, o, Ağcəbədi rayonuna getməsi barədə 01 may tarixli bildirişi imzalamış, lakin 13 may tarixinə çağırılması barədə bildiriş təqdim olunmamış, bu barədə ona bildirilmişdir ki, əlavə çağırış tarixi barədə məlumat veriləcəkdir. O, hərbi xidmətdə olmuş və ön cəbhədə xidmət etmişdir. Onun hərbi nizam-intizam barədə məlumatı vardır. Onunla telefon əlaqəsi saxlanılaraq 13 may tarixində SHÇDX-nə gəlməli olduğu bildirilmişdir. Lakin onunlaəlaqə saxlanıldıqda o, dostlarının onunla zarafat etdiyini düşünmüşdür. Birinci çağırış rəsmi şəkildə göndərilmiş, çağırış vərəqəsini alması barədə bildirişi imza etmişdir. Lakin bildiriş ona təqdim olunmamışdır. Məhkəmə iclasında qərarından şikayət verilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsinin nümayəndəsi ayın 01 may tarixdə şikayətçi ilə hərbi hissəyə getmişlər. Həmin vaxt iki qrup şəxsi heyət olmuş, bunlardan biri Hərbi hissəyə təhvil verilmiş, komplektləşdirmə səbəbindən digər şəxsi heyətin vaxtı hərbi hissədə bir sıra məxfi səbəblərdən ötrü növbəti təyinatadək dəyişdirilmişdir. Həmin qrup şəxsi heyət 01 may tarixində şöbədən çıxmamışdan öncə çağırış vərəqəsi imzalamış və şəxslərə növbəti təlimin ayın 13-ü tarixində olacağı barədə məlumat verilmişdir. 07 may və 12 may tarixlərində şikayətçinin mobil telefon ilə əlaqə saxlanılaraq şifahi şəkildə məlumat verilərək ayın 13-ü tarixində təlim toplanışları olacağı və səhər saat 06:00 radələrində Şöbəyə yaxınlaşması bildirilmişdir. May ayının 12-si tarixində yenidən şəxslə telefon əlaqəsi saxlanılmasına baxmayaraq, telefon zənglərinə cavab verməmiş və bu barədə Şöbəyə məruzə edildikdən sonra şikayətçi şəxsin atası X10 ilə telefon əlaqəsi saxlanılaraq ona məlumat verilmişdir. Şikayətçinin atası Şöbəyə dəvət edilmiş, o, Səfərbərlik Hazırlığı və Səfərbərlik Bölməsinin rəisi-şöbə rəisinin müavini X6, Səfərbərlik Hazırlığı və Səfərbərlik Bölməsinin müfəttişi X8 tərəfindən fərdi söhbət aparılmış və ayın 13-ü tarixində gəlmədiyi təqdirdə Hərbi Vəzifə və Hərbi Xidmət haqqında Azərbaycan Respublikasının 45-ci maddəsinin tələblərini kobud şəkildə pozduğuna görə İXM-nin 606.3-cü maddəsinə əsasən 300 manat məbləğində cərimə olunacağına dair xəbərdarlıq edilmişdir. Çağırış və səfərbərlik ayrı-ayrı anlayışlardır. Bilindiyi kimi səfərbərlik cənab Prezidentin göstərişi ilə həyata keçirilir və səfərbərlik barədə sərəncam verilirsə müəyyən edilmiş şəxslər 24 saat ərzində Hərbi hissəyə təhvil verilməlidir. O, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, şikayətçinin barəsində inzibati xəta haqqında protokol tərtib olunan zaman şikayətçinin atası gəlmiş, şikayətçiyə məlumat verilməmişdir. Çünki səfərbərlik zamanı şikayətçinin atasına 24 saat vaxt vermişlər ki, şikayətçi şöbəyə gəlsin. Təlim toplanışları ona görədir ki, ani qərarla səfərbərlik sərəncamı verilərsə vətəndaşların buna münasibəti necə olacaqdır. Əvvəlcədən vətəndaşlara bu barədə məlumat verilir. Çağırışçını 12 may tarixində, yəni çağırışdan bir gün əvvəl çağırmışlar ki, komissarın qəbulunda olsun və ona vizual baxış keçirilərək hər hansı probleminin olub-olmaması yoxlanılsın. Lakin rəsmi olaraq 13 may tarixində təslim alınır. 01 may tarixli çağırış barədə bildirişi aprel ayının 30-a qədər təqdim olunmuşdur. Şikayətçinin təlim toplanışından yayınmasi barədə RPŞ-nə, DİN-nə və Prokurorluğa məktub göndərilir. Şəxs cəriməni 15 gün ərzində ödəmirsə bu zaman X2 məktub ünvanlanaraq vətəndaşın işləyib-işləməməsi barədə məlumat əldə olunur. Şəxsin işləmədiyi müəyyən olunduqda İcra Şöbəsinə qəbul olunan qərar göndərildiyi zaman həmin sənədlər də qoşma olaraq göndərilir. Şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayətçinin və qərarından şikayət verilən orqanın (vəzifəli şəxsin) nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 13 may 2025-ci il tarixli “AKT”dan və 13 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, hərbi vəzifəli X4 yuxarı qeyd olunanlara baxmayaraq bilərəkdən və qəsdən “Hərbi Vəzifə və Hərbi Xidmət Haqqında” Azərbaycan Respublikasının Qanunun 45 və 46-ci maddələrinin tələblərini pozmuş və barəsində İXM-nin 606.3-cü maddəsinə əsasən protokol tərtib edilmişdir. - 13 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, hərbi vəzifəli X7 müvafiq toplamaların hərbi hissələrə təhkim edilmə ilə əlaqədar üzrlü səbəb olmadan gəlməmişdir. - 14 may 2025-ci il tarixli məktubdan müəyyən edilir ki, X7 xx.xx.2025-ci il tarixdə çağırış vərəqəsinə imza atmış, xx.xx.2025-ci il tarixdə təlim toplanışlarında iştirak edəcəyi barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsi tərəfindən məlumatlandırılmışdır. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsi tərəfindən təqdim olunmuş fotoşəkillərin surətlərindən müəyyən edilir ki, 12 may 2025-ci il tarixdə müxtəlif zaman ərzində “X15” adı ilə qeyd edilmiş şəxsə bir neçə dəfə zəng edilmişdir. - X7 hərbi toplanışlarda iştirak etməkdən boyun qaçırdığı üçün gətirilməsi mümkün olmadığından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsi 13 may 2025-ci il tarixli məktubla Xaçmaz RPŞ-yə müraciət edərək Hüseyn Həbibovun qısa müddət ərzində gətirilməsinə və təlim toplanışlarına cəlb edilməsinə köməklik edilməsi üçün müvafiq göstəriş verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 75-ci maddəsinin İ, İİİ, Vİ və Vİİ bəndlərinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 606.3-cü maddəsinə əsasən çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Qeyd: 1. Bu Məcəllənin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs barədə məhkəmə qərar qəbul edənədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) gəldikdə inzibati məsuliyyətdən azad olunur.

2. Bu Məcəllənin 606.3-cü maddəsində göstərilən əməl qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırış və ya səfərbərlik üzrə çağırış ilə bağlı törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, X7 qanunvericiliyin tələblərini pozaraq, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə, qeyd olunan halAzərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları tərəfindən aşkar edilmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmiş, onun barəsində müvafiq protokol tərtib edilmiş, həmin protokol əsasında inzibati xəta haqqında qərar qəbul edilmiş və şikayətçi inzibati qaydada 300 manat məbləğində cərimə edilmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı şikayət üzrə, yəni barəsində qəbul edilmiş qərarın əsaslı olmaması ilə bağlı sübutetmə yükü də məhz şikayətçinin üzərinə düşür. Şikayətçi tərəfindən isə şikayətini təsdiq edən mötəbər sübutlar və ya sənədlər məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunan Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını araşdırıb təqdim edilmiş sübutlara əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsinin rəisi, polkovnik-leytenant Ceyhun Əsədovun 13 may 2025-ci il tarixli, MN seriyalı, ******* qərarının ləğv edilməsi üçün əsas olmadığına görə şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

X5 Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsinin rəisi, polkovnik-leytenant Ceyhun Əsədovun 13 may 2025-ci il tarixli, MN seriyalı, ******* inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar