Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-821/2020 24.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, xx.xx.1983-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, inzibati məsuliyyətə cəlb olunmamış, Xaçmaz rayonunun, İlxıçı kəndində yaşayan X1 Xaçmaz rayon Polis Şöbəsinin İTB-in polis sahə rəisi X6 tərəfindən 200 manat məbləğində cərimə olunmasına dair xx.xx.2020-ci il tarixli, MN ******* saylı protokolun ləğv edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz rayon Polis Şöbəsinin İTB-in polis sahə rəisi X6 tərəfindən X2 200 manat məbləğində cərimə olunmasına dair xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərar tərtib olunmuşdur. X4 ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon Polis Şöbəsinin İTB-in polis sahə rəisi X6 tərəfindən 200 manat məbləğində cərimə olunmasına dair xx.xx.2020ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 şikayəti belə əsaslandırmışdır ki, xx xxxx 2020-ci il tarixdə saat 10:28 radəlrində Xaçmaz rayon Polis Şöbəsinin İTB-in polis sahə rəisi X6 onu saxlayaraq ondan icazəsi olub-olmadığını soruşduqda o, polis mayoruna şəxsin rayon daxilində hərəkətinə icazə verilməsi haqqında arayışı təqdim emişdir. Lakin polis mayoru Fikrət Xurşudov ona bildirmişdir ki, onun təqdim etdiyi arayış saxtadır və bu arayışla Xaçmaz rayonuna gələ bilməz və yalnız 8103-ə sms ataraq kənd təsərrufatı malların bazara gətirib sata bilər. Arayışı polis mayoruna təqdim etsə belə polis mayoru arayışa baxaraq məhəl qoymayaraq ona İXMnin 211.1-ci maddəsi ilə protokol tərtib edərək onu 200 manat cərimə etmişdir. Göstərilənlərə əsasən, Xaçmaz rayon Polis Şöbəsinin İTB-in polis sahə rəisi X6 tərəfindən X2 200 manat məbləğində cərimə olunmasına dair xx.xx.2020-ci il tarixli, MN 0584912saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X1 Xaçmaz rayon Polis Şöbəsinin İTB-in polis sahə rəisi X6 tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, MN ******* saylı protokolundan verdiyi şikayət geri qaytarılmalıdır. Belə ki, iş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, şikayət vermiş şəxs onun barəsində tərtib olunmuş qərardan yox, onun barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli, MN ******* saylı protokolundan şikayət vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xaçmaz rayon Polis Şöbəsinin İTB-in polis sahə rəisi X3 Xaçmaz rayonunun, Balaqusar kənd sakini X1 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar bilinərək, 200 manat miqdarında cərimə edilməsinə dair xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli protokolunun ləğv olunmasına dair şikayəti geri qaytarılsın. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №3(067)-821/2020
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-821/2020
24.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver