Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-822/2021 26.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi , barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs oğunun iştirakı ilə, xx.xx.1994-cü ildə Xaçmaz rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xudat şəhəri, Ç.Abdullayev küçəsi 7 saylı evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair toplanmış materiala baxaraq müəyyən etdi: Şəxs 19.05.2021-ci il tarixdə Xudat şəhər sakini Kövsər Mirzəyevaya məxsus evdən evdən məişət əşyalarını oğurlamış və ona 100 manat ziyan vurduğuna görə Xudat PB-nə gətirilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında material tərtib edilərək, baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan Şəxs özünü inzibati xətanı törətməkdə təqsirli bilərək, törətdiyi əməlindən peşman olduğunu bildirərək barəsində həbs növündə inzibati tənbeh tədbirinin seçilməməsini xahiş etmişdir. İş materiallarında olan MN № ******* saylı 26 avqust 2021-ci il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 19.05.2021-ci il tarixdə Xudat şəhər sakini Kövsər Mirzəyevaya məxsus evdən evdən məişət əşyalarını oğurlamış və ona 100 manat ziyan vurduğuna görə Xudat PB-nə gətirilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan MN № ******* saylı 26 avqust 2021-ci il tarixli Qərardaddan görünür ki, Şəxs inzibati məsuliyyətə cəlb olunması üçün barəsində toplanmış materiallar Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, polis əməkdaşlarının və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatlarla sübuta yetirilmişdir ki, Şəxs xırda talama əməlini törətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati tənbeh növü olan ictimai işlər tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib ona 160 (yüz altmış) saat müddətinə ictimai işlər növündə inzibati tənbeh növü təyin edilsin. Qərarın surəti icra edilməsi üçün Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apelyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-822/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-822/2021
26.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver