Məhkəmə qərarları › İş №3(067)-823/2020

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-823/2020

25.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-823/2020 25.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, xx.xx.1993-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Xaçmaz şəhəri Bünyadzadə küçəsi ev 8-də yaşayan X3 Xaçmaz rayonu, Yol patrul xidmətinin inspektroru X2 xx.xx.2020-ci il tarixli TP3923129 saylı qərarın ləğv edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz rayonu, Yol patrul xidmətinin inspektroru X4 tərəfindən X5 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə olunmasına dair xx.xx.2020-ci il tarixli TP 3923129saylı qərar tərtib olunmuşdur. X5 ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu, Yol patrul xidmətinin inspektroru X2 xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 məhkəmə iclasında ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu, Yol patrul xidmətinin inspektroru X4 xx xxxxxxxx 2020-ci il tarixində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində Qayalı marketin qarşısında saxladığı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobilinə yaxınlaşaraq qayda pozduğunu iddia edərək barəsində 40 manat məbləğində cərimə tətbiq olunması barəsində qərar qəbul etmişdir. Bu inzibati barisində polis əməkdaşından dəlil göstərməsini xahiş etsə də, heç bir dəlil təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən, Xaçmaz rayonu, Yol patrul xidmətinin inspektroru X2 xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ifadə vermiş Xaçmaz rayonu, Yol patrul xidmətinin inspektroru X4, o, xx xxxxxxxx 2020-ci il tarixdə xidmətdə olduğu zaman X3 idarə etdiyi ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə N.Nərimanov küçəsi ilə hərəkətdə olarkən İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində inzibati qərar tərtib etmişdir. Məhkəmədən xahiş etmişdir ki, onun tərəfindən tərtib olunan xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilsin. Məhkəmə hesab edir ki, Xaçmaz rayonu, Yol patrul xidmətinin inspektroru X2 xx.xx.2020-ci il tarixli TP ******* saylıqərarın ləğv edilməsi barədə X1 şikayəti əsassız olduğundan təmin oluna bilməz. Belə ki, iş materiallarında olan sənədlərdən və inzibati xətanın törədilməsinin görüntülərini əks etdirən diskdən X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi tam sübuta yetirilir, , Xaçmaz rayonu, Yol patrul xidmətinin inspektroru X2 xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. AR İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. AR İXM-nin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Xaçmaz rayonu Yol patrul xidmətinin inspektroru X2 xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar