Məhkəmə qərarları › İş №3(067)-829/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-829/2023

02.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-829/2023 02.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi İzzətli Anar İzzət oğlunun katibliyi ilə xx xxxx 1983-cü ildə Xaçmaz rayonunun Xudat şəhərində anadan olan, Azərbaycan Respiblikasının vətəndaşı, Xaçmaz rayonunun Xudat şəhəri, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs 10 sentybr 2022 və 23 dekabr 2022-ci il tarixlərdə “QAZ-2705 MİKROAVTOBUS” markalı, 27BC187 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1 və 327.2-ci maddələri ilə məsuliyyət nəzərdə tutulan xx.xx.2022-ci il tarixli, EQ seriyalı, 11418372 nömrəli və xx.xx.2022-ci il tarixli, EQ seriyalı, 12574807 nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən 10 və 60 manat məbləğində cərimə olunması barədə qərarlar çıxarılmışdır. Lakin Şəxs barəsində çıxarılmış qərarlarla tanış olaraq qərarın, protokolların surətini və cərimə bildirişlərini rəsmi qaydada almasına baxmayaraq barəsində qəbul edilmiş qərarların qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməməklə qərarı icra etməmişdir. Bu barədə Xaçmaz rayon Polis Şöbəsinin DYPB-nin inspektoru, polis kapitanı X1 tərəfindən xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs və Xaçmaz rayon X2 X3 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq inzibati xəta protokolu tərtib etmiş orqanın nümayəndəsi və barəsində protokol tərtib olunmuş şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş mərkəzi informasiya sistemindən götürülmüş çıxarışdan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixli, EQ seriyalı, 11418372 nömrəli və xx.xx.2022-ci il tarixli, EQ seriyalı, 12574807 nömrəli inzibati tənbeh vermə haqqında qərarlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1 və 327.2-ci maddələri ilə təqsirli bilinərək 10 və 60 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən xx.xx.2022-ci il tarixli, EQ seriyalı, 11418372 nömrəli və xx.xx.2022-ci il tarixli, EQ seriyalı, 12574807 nömrəli qərarlar qüvvəyə mindiyi gündən 03 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə onun barəsində qeyd olunan inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş, inzibati xəta törətmiş şəxs Şəxs valideyni Mehman Qeybullayev tərəfindən məhkəməyə təqdim olunmuş “AsanPay” ödnəniş sistemindən çıxarışlardan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixli, EQ seriyalı, 11418372 nömrəli və xx.xx.2022-ci il tarixli, EQ seriyalı, 12574807 nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarlar üzrə cərimə və dəbbə pulunu tam şəkildə ödəmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, Şəxs xx.xx.2022-ci il tarixli, EQ seriyalı, 11418372 nömrəli və xx.xx.2022-ci il tarixli, EQ seriyalı, 12574807 nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarlar üzrə cərimələri ödədiyindən, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin qeydinə görə bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsini duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətdən azad edilsin və başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar