Məhkəmə qərarları › İş №3(067)-83/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-83/2021

27.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-83/2021 27.01.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin İnzibati təcrübə üzrə baş inspektoru polis kapitanı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları xx xxxxxxxx 1991-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.3, 342.1.7 və 511.1-ci maddələri ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 23:15 radələrində VAZ 21705 markalı ** KG *** dövlət qeydiyyat nişanlı avtomaşınla Xaçmaz şəhəri, Bakı prospektində hərəkətdə olarkən avtomaşının qeydiyyat nişanı görünmədiyindən, eləcə də Xaçmaz şəhəri Bakı prospekti ilə Rəşid Behbudov küçəsinin kəsişməsində yol ayrıcını keçmə qaydalarını pozduğundan ərazidə xidmətdə olan Xaçmaz rayon polis şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən ona saxlama işarəsi verilməsinə baxmayaraq o, avtomaşını saxlamaqdan imtina etməklə hərəkətini davam etdirərək ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə, avtoxuliqanlıq etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.3, 342.1.7 və 511.1-ci maddələri ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin İnzibati təcrübə üzrə baş inspektoru polis kapitanı X7 göstərdi ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 23:15 radələrində idarə etdiyi VAZ 21705 markalı ** KG *** dövlət qeydiyyat nişanlı avtomaşınla Xaçmaz şəhəri, Bakı prospektində hərəkətdə olarkən avtomaşının qeydiyyat nişanı görünmədiyindən, eləcə də Xaçmaz şəhəri Bakı prospekti ilə Rəşid Behbudov küçəsinin kəsişməsində yol ayrıcını keçmə qaydalarını pozduğundan ərazidə xidmətdə olan Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən ona saxlama işarəsi verilməsinə baxmayaraq o, avtomaşını saxlamaqdan imtina etməklə hərəkətini davam etdirərək ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə, avtoxuliqanlıq etmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə göstərdi ki, xx xxxxxx 2021-ci il tarixdə axşam saatlarında evdə olarkən xalası oğlu ilə birlikdə yemək yediyi zaman ikisinə 0,5 litr araq içmişlər. Həmin günü saat 23:15 radələrində VAZ 21705 markalı ** KG *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə Xaçmaz şəhəri, Bakı prospektində hərəkətdə olarkən Xaçmaz şəhəri Bakı prospekti ilə Rəşid Behbudov küçəsinin kəsişməsində işıqforun yaşıl işığı yandıqdan sonra o, sola yəni Rəşid Behbudov küçəsinə manevr etmiş, lakin həmin vaxt qarşısında yolun düzünə hərəkət edən avtomobilə yol verməyərək yol ayrıcını keçmə qaydasını pozmuşdur. Bu səbəbdən həmin vaxt ərazidə xidmətdə olan Dövlət Yol Polisi Bölməsinin əməkdaşları ona saxlama işarəsi verdiyindən o, avtomaşını saxlamış, yol patrul xidməti əməkdaşı ona yaxınlaşmaq istəyərkən o, bir neçə saat əvvəl spirtli içki içdiyindən, eləcə də yol hərəkəti qaydalarını pozduğuna görə barəsində cərimə yazılacaqını başa düşərək həmin vaxt həycanlanıb qorxaraq avtomaşını hərəkətə gətirmiş, avtomaşını ilə R.Behbudov küçəsinə, ordan isə Xaçmaz şəhərinin müxtəlif küçələrinə daxil olmaqla qanunun tələblərini pozmuşdur. Törətmiş olduğu inzibati xəta əməlinə görə səmimi peşmançılıq hissi keçirir. Məhkəmə iclasında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol polisi Bölməsinin dövlət avtomobil müfəttişi, polis kapitanı X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 23:15 radələrində VAZ 21705 markalı ** KG *** dövlət qeydiyyat nişanlı avtomaşınla Xaçmaz şəhəri, Bakı prospektində hərəkətdə olarkən avtomaşının qeydiyyat nişanı görünmədiyindən, eləcə də Xaçmaz şəhəri Bakı prospekti ilə Rəşid Behbudov küçəsinin kəsişməsində yol ayrıcını keçmə qaydalarını pozduğundan tərəflərindən ona saxlama işarəsi verilmiş, lakin Şəxs onların saxlama işarəsinə əhəmiyyət verməyərək avtomaşını idarə edib oradan uzaqlaşaraq idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə, avtoxuliqanlıq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Yalama Polis Bölməsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili X2 iş üzrə şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol polisi Bölməsinin dövlət avtomobil müfəttişi, polis kapitanı X3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.3, 342.1.7 və 511.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta törətmiş şəxsin etirafı, şahidin ifadəsi, tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, İXP ******* saylı protokol və digər iş materialları ilə təmamilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlışdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs səlahiyyətli şəxslərin hüquqa zidd hərəkətlərini dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətlərini davam etdirməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Odur ki, məhkəmə hesab edir ki, Şəxs daha ciddi xətaya görə müəyyən edilmiş Azərbaycan Respublikasının 511.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh təyin edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, işin hallarını, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.1.7, 327.2, 327.3 və 511.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. Şəxs oğlu u Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 511.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində nəqliyyat vasitələrini idarə etmə hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsin əvvəli xx xxxxxx 2021-ci il tarixdən saat 15:25-dən hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar