Məhkəmə qərarları › İş №3(067)-831/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-831/2021

02.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-831/2021 02.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsi hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Tağıyev Natiq Əkbər oğlunun katibliyi, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1985-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Xaçmaz rayonu Rəhimoba kəndində qeydiyyatda olan və Xaçmaz şəh. R.İmamverdiyev küçəsində kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Xaçmaz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş 01 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında MN № ******* saylı protokola əsasən Zeynalov X2 Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan izahatında Şəxs göstərmişdir ki, həyat yoldaşı X3 ilə 2013-cü ildə ailə həyatı qurmuşdur. Hal-hazırda 2 azyaşlı övladları var. Xaçmaz şəh. A. İmamverdiyev küçəsində ailəsilə birlikdə kirayə yaşayır. Özü içki düşkünüdür, pulu olanda içki alıb qəbul edir. Həyat yoldaşı Humayla da aralarında dəfələrlə mübahisələr olmuşdur. 01 iyul 2021-ci il tarixdə həyat yoldaşı Humayı görüb hara getməsini soruşmuş, onunla mübahisə zəmnində həyat yoldaşına sillə ilə vurmuşdur. Bundan sonra isə evdən 3-4 gün ayrı yaşamış və küçədə gecələmişdir. Əməlindən peşmandır və barəsində inzibati həbslə əlaqədar olmayan inzibati tənbeh növü təyin edilməsini xahiş edir. Məhkəmədə izahat verən zərərçəkmiş şəxs X3 göstərmişdir ki, 2013-cü ildə Şəxs ilə faktiki olaraq ailə qurmuş və birgə nigahdan 2 övladları dünyaya gəlmişdir. Son 2 aydır ki, onlar ayrılmışlar və uşaqları onun himayəsində saxlanmışdır. Şəxs spirtli içki qəlub edərək, 01 iyul 2021-ci il tarixdə heç bir əsas olmadan onu döymüşdür. Ona görə də, Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materillarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin ekspert rəyindən məlum olur ki, 1987-ci il təvəllüdlü X1 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində olan xəsarətlər-sol yanaq nahiyəsinin qançırı bərk küt əşya təsirindən törənməklə, yerinə yetirilmə müddəti 01.07.2021-ci il tarixə uyğun gəlir və ağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Beləliklə, işdə olan sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi tam sübuta yetirilir. Məhkəmə, Şəxs cəza təyin edərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, eyni zamanda, törədilmiş inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, onun barəsində inzibati həbs tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 357, 360, 362, 365, 425, 430, 432-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsin əvvəli 01 sentyabr 2021-cı il tarixdən saat 19-20-dən hesablansın. Qərarın surəti icra edilməsi üçün Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar