Məhkəmə qərarları › İş №3(067)-831/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-831/2025

12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-831/2025 12.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi X1 və qərardan şikayət verən şəxs X3 iştirakı ilə, qərardan şikayət verən şəxs X3 DİN Baş Dövlət Yol Polisi İdarəsinin 16 may 2025ci il tarixli, EQ 27975848 saylı inzibati tənbeh vermə qərarından şikayətinə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: X6 qardaşı X2 barəsində DİN Baş Dövlət Yol Polisi İdarəsinin 16 may 2025-ci il tarixli, EQ 27975848 saylı inzibati tənbeh vermə qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs X6 izhatında göstərmişdir ki, DİN Baş Dövlət Yol Polisi İdarəsinin 16 may 2025-ci il tarixli, EQ 27975848 saylı inzibati tənbeh vermə qərarı ilə qardaşı X5 80 manat cərimə olunmuşdur. Həmin qərarı qanunsuz hesab etdiyi üçün ləğv edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, X3 DİN Baş Dövlət Yol Polisi İdarəsinin 16 may 2025-ci il tarixli, EQ 27975848 saylı inzibati tənbeh vermə qərarından şikayəti geri qaytarılmalıdır. Məhkəmə gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1.-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: - 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. İş materiallarından və qərardan şikayət vermiş şəxsin izahatından da müəyyən olunur ki, DİN Baş Dövlət Yol Polisi İdarəsinin 16 may 2025-ci il tarixli, EQ 27975848 saylı inzibati tənbeh vermə qərarı X6 barəsində deyil, onun qardaşı X5 barəsində çıxarılmışdır. Belə olan halda həmin qərardan şikayət vermək hüququ X4 məxsusdur. İnzibati Xətalar Məcəlləsinin 109.1.6.-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, DİN Baş Dövlət Yol Polisi İdarəsinin 16 may 2025-ci il tarixli, EQ 27975848 saylı inzibati tənbeh vermə qərarından şikayət subyektiv hüququ olmayan şəxs tərəfindən verildiyindən, geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Qərardan şikayət verən şəxs X3 DİN Baş Dövlət Yol Polisi İdarəsinin 16 may 2025ci il tarixli, EQ 27975848 saylı inzibati tənbeh vermə qərarından şikayəti geri qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardaddan Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsınə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmı̇ n Abı̇ yeva Düzdür: HAKİM XİDİR QULİYEV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar