Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-834/2021 06.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi İzzətli Anar İzzət oğlunun katibliyi, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu Mürşüd-oba kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Xaçmaz rayon İcra və Probasiya şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş 06 sentyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)-1499/18 saylı 21.08.2018-ci il tarixli icra vərəqəsinə əsasən 28.03.2010-cu il təvəllüdlü Mirzəyeva Telliİ Bəhruz qızı, 31.05.2011-ci il təvəllüdlü X5, 20.07.2012-ci il təvəllüdlü X4 və 28.06.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 400 (dörd yüz) manat aliment Şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş böyük icra məmuru X3 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar verilməsinə baxmayaraq o, borcunu ödəməkdən üzrsüz səbəbdən yayınır. Şəxs aliment borcu cəmi 16400 (on altı min dörd yüz) manat təşkil edir. Şəxs icra vərəqələri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədləri üzrə zəruri icra tədbirləri görülmüş və bununla da, Şəxs borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi rəsmiləşdirilmiş daşınar və daşınmaz əmlak, pensiya, təqaüd və ya müavinət, həmçinin bankda pul vəsaitləri aşkar edilməmişdir. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu inkar edir. Belə ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)-1499/18 saylı 21.08.2018-ci il tarixli qətnaməsinə əsasən onunla tələbkar arasında olan rəsmi nikah qeydi pozulsa da, onlar faktiki olaraq ayrılmamışdırlar və 2021-ci ilin iyul ayınadək birlikdə yaşamağa davam etmişlər. Bütün bu müddət ərzində onlar bir evdə yaşayarkən, o, uşaqlarını dolandırmağa davam etmişdir. Evə lazım olan ərzaq və qeyri-ərzaq məhsulları alırdı, kommunal xərcləri ödəyirdi və s. maddi ödhdəlikləri icra edirdi. Lakin həmin müddət ərzində onun hər ay 400 manat aliment borcun yığılması barədə məlumatsız olmuşdur. Arvadı ilə boşandıqdan sonra ailəsi ilə birgə yaşamağa davam etdiyi üçün də, arvadı heç vaxt onun aliment ödəməməsi barədə şikayət etməyib, çünki faktiki olaraq uşaqlarına o baxıb, təmin edib. Lakin bu ilin iyul ayında Türkiyə Respublikasına gedib, avqust ayında qayıtmışdır. Artıq keçmiş arvadı ilə birgə yaşaya bilmədiyindən, bu ilin iyul ayından etibarən hər ay 400 manat aliment ödəməyə razıdır. Məhkəmədə tələbkar izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsdən Xaçmaz rayon Məhkəməsinin 2(067)-1499/18 saylı 21.08.2018-ci il tarixli icra vərəqəsinə əsasən 28.03.2010-cu il təvəllüdlü Mirzəyeva Telliİ Bəhruz qızı, 31.05.2011-ci il təvəllüdlü X5, 20.07.2012-ci il təvəllüdlü X4 və 28.06.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 400 (dörd yüz) manat aliment Şəxs alınaraq ona ödənilməlidir. Borclunun məhkəmə iclas zalında verdiyi şigahi izahatı ilə razıdır və həqiqətən də boşandıqlarına baxmayaraq 2021-ci ilin iyul ayına qədər ailə olaraq birlikdə yaşadıqlarını, təsərrüfatı birgə idarə etmələrini və borclunun uşaqlara maddi təminat göstərməsini təsdiq edir. Buna baxmayaraq, borcludan yığılmış 16400 manat aliment borcunun ödənilməsini tələb edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi tərəflərin özlərinin izahatlarından da müəyyən olunur ki, onların Xaçmaz rayon Məhkəməsinin 2(067)-1499/18 saylı 21.08.2018-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulsa da 2021-ci ilin iyul ayına kimi ailə olaraq birlikdə yaşamağa davam etdiklərini, borclunun faktiki olaraq bu müddət ərzində uşaqlarının maddi təminatını təmin etməsini nəzərə alaraq barəsində başlanılmış inizibati xəta üzrə icraata xitam verilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə sübuta yetirilmədiyindən onun barəsində başlanılmış inizibati xəta üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128, 130 cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1985-ci ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlamış inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-834/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-834/2021
06.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver